“Növbə mənə də gəldi! Tənqidi fikirlərimə görə onlar açdığım qəhvə köşkünü bağladırlar" - Nona Samxaradze
Marneuli meriyası Marneulili sahibkar Nona Samxaradzedən biznesini bağlamağı tələb edib. Nona Samxaradze meriyanın qərarını onun aksiyalarda iştirak etməsi və fərqli fikir bildirməsi ilə əlaqələndirir.

“Növbə mənə də gəldi! Tənqidi fikirlərimə görə qəhvə köşkünü bağlamağımı tələb edirlər. İki ildir, yerli özünüidarənin əsirliyindəyəm, sənədlərimi qaydaya salmırlar və bütün bunları “Gürcüstanda istehsal et” qrantı ilə həyata keçirmişəm.

Mənim həyatım
nə qəhvə köşkünü açmaqla başlayıb, nə də bağlamaqla başa çatacaq, Avropalı gələcəyimiz üçün mübarizə davam edir!

Mənə bu gün saat 6-ya qədər vaxt veriblər ki, köşkü götürüm, yoxsa 600 lari cərimə yazacaqlar!

P.S. Mənim köşkümün yanında “Gürcü Arzusu”-nun nümayəndəsinin də köşkü, avtomobil yuma, yanacaq doldurma məntəqəsi də var, maraqlıdır, onu da cərimələyirlərmi?!”
– Nona Samxaradze yazır.

Nona Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onun açdığı köşkdə 4 nəfər işləyir, biznesini bağlamaq fikrində deyil, meriyanın cəriməsini gözləyir və qərarı məhkəməyə şikayət edəcək.

Nona Samxaradze Marneulidən olan sahibkar və mülki fəaldır. O, illərdir, bələdiyyədə gender bərabərliyi və kənd təsərrüfatının inkişafı istiqamətində fəaliyyət göstərir.

Marneuli meriyasının ictimaiyyətlə əlaqələr xidmətindən “Marneuli” radiosuna bildirdilər ki, bu gün qeyd olunan faktla bağlı şərh almaqda bizə kömək edə bilməyəcəklər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google