Marneuli Bələdiyyə Məclisinin 17 yanvar tarixində keçiriləcək
iclasında 6 məsələ müzakirə olunacaq.
Məsələlər bu gün, yanvarın 16-da Marneuli Bələdiyyə Məclisinin
“Facebook” səhifəsində dərc olunub.
Bələdiyyə Məclisinin iclasında müzakirəyə çıxarılacaq əsas
məsələlər meriya və Bələdiyyə Məclisində çalışan işçilərin
əməkhaqqıları, ştat cədvəli, yanacağın və danışıq kartlarının
miqdarı ilə bağlı olacaq.
17 yanvar tarixində keçiriləcək iclasın gündəliyini təqdim
edirik:
1. “Marneuli meriyasında əmək müqaviləsi ilə işə götürülən
şəxslərin sayı və onlara verilən rəsmi əməkhaqqının məbləği
haqqında razılaşma barədə”
Marneuli Bələdiyyə Məclisinin 2023-cü il 25 dekabr tarixli 80
nömrəli qərarında dəyişiklik edilməsi barədə.
/Məruzəçilər – Teona Parciani, Mamuka Şubitidze/
2. Marneuli Bələdiyyə Məclisinin vəzifəli şəxslərinin və Bələdiyyə
Məclisi Aparatının peşəkar dövlət məmurlarının vəzifə sıralaması,
əməkhaqqıları miqdarının müəyyən edilməsi, Marneuli Bələdiyyə
Məclisi Aparatının vəzifəli şəxslərinin ştat cədvəlinin təsdiq
edilməsi haqqında.
/Məruzəçi – Teona Parciani/
3. Marneuli Bələdiyyə Məclisi Aparatında əmək müqaviləsi ilə işə
götürülən şəxslərin sayının və onlara verilən rəsmi əməkhaqqının
miqdarının müəyyən edilməsi haqqında
/Məruzəçi – Teona Parciani/
4. Marneuli Bələdiyyə Məclisi üçün yanacağa və danışıq kartlarına
limitlərin müəyyən edilməsi haqqında.
/Məruzəçi – Teona Parciani/
5. Marneuli bələdiyyəsi ərazisində kənd təsərrüfatına dəstək
proqramının təsdiq edilməsi haqqında.
/Məruzəçi – Aqil Əmircanov/
6. Sosial məsələlər
/Məruzəçi – Zurab Çoniaşvili/
Bələdiyyə Məclisinin iclası yanvarın 17-də, saat 12:00-da, Marneuli
meriyası binasının kiçik konfrans zalında keçiriləcək.
Qeyd edək ki, yanvarın 17-də keçiriləcək iclas Bələdiyyə Məclisinin
2025-ci ildə ilk iclası olacaq.