Son iki ayda Marneulidə təbii qaz sızması səbəbindən iki ölüm
faktı qeydə alınıb.
“Marneuli” radiosu “SOCAR” qaz təchizatı şirkətindən bütün
bələdiyyə ərazisində planlı yoxlamaların aparılıb-aparılmadığını və
hansı hallarda qaynar xəttə zəng etmək mümkün olduğunu soruşub.
Mətbuat xidmətindən bizə bildirildiyinə görə, ildə bir dəfə,
qrafikə uyğun olaraq yoxlamalar aparılır və şübhəli qurğular aşkar
edildikdə yerindəcə reaksiya
göstərilir.
“İndiki mərhələdə (Marneulidə baş vermiş hadisə ilə bağlı) ekspert
rəyinə malik deyilik ki, bu insanların ölümünə qaz sızması səbəb
olub. Ona görə də ekspertizaya qədər bu barədə şərh verə bilmərik.
Bütün abonentlər ildə bir dəfə yoxlanılır, əsas odur ki, abonent
evdə olsun və qapını açsın. Sonradan məlum olarsa ki, orada səhv
quraşdırma və ya buna bənzər bir şey olub, sökülmə yerində aparılır
və akt tərtib edilir", - “SOCAR"dan bildiriblər
“SOCAR Georgia Gas” MMC-nin mətbuat xidmətindən verilən məlumata
görə, vətəndaş evində təbii qaz sızmasından şübhələnərsə, “qaynar
xəttə” zəng edərək yoxlama tələb edə bilər.
“SOCAR”-ın qaynar xətti -
16 114
Qaynar xəttə nə vaxt zəng edə bilərik:
• Təbii qaz qoxusu olduqda;
• Təbii qaz sızması halında;
• Qaz paylayıcı boru zədələndikdə;
• Təbii qazdan yanğın baş verdikdə;
• Qaz avadanlığının nasazlığı zamanı “SOCAR Georgia
Gas”/“Sakorgqaz” şirkətinin texniki komandasına zəng etmək və ya
məsləhət almaq;
• Sayğac zədələndikdə “SOCAR Georgia Gas” / “Sakorgqaz” şirkətinin
texniki komandasına zəng etmək;
• Sayğacınız artıq düzgün işləmirsə , sayğacı yoxlamaq üçün;
• Sayğacla bağlı digər məsələlər;
• Qəbz gönərilmədiyi halda;
• Cari ayın borcunu öyrənmək məqsdilər;
• Ünvanınızda qazın məhdudlaşdırılması barədə məlumat almaq;
• Planlaşdırılan işlərin başa çatdırılması və ünvanınıza qazın
bərpa edilməsi barədə məlumat almaq;
• Ödəniş edilməməsi və ya digər hallar səbəbindən kəsilmiş qaz
təchizatının bərpası üçün vaxt qrafikini öyrənmək;
• Qaz təchizatı şəbəkəsinə qoşulma prosedurları ilə bağlı
məsələlər;
• “SOCAR Georgia Gas” / “Sakorggaz” şirkətinin əməkdaşı tərəfindən
vəzifə səlahiyyətlərindən sui-istifadəsi və ya hər hansı digər
qanun pozuntusu barədə;
• "SOCAR Georgia Gas" / "Sakorggaz"-ın fəaliyyəti haqqında məlumat
almaq.