18 yanvar tarixində Marneulidə yerləşən “Azərbaycan Evi”ndə 20
yanvar və 9 aprel faciələrinə həsr olunmuş “Milli Dirəniş və
Azadlığa Gedən Yol” adlı foto-sərgi keçirilib.
Bu barədə məlumatı “Azərbaycan Evi” öz rəsmi feysbuk səhifəsində
yayımlayıb.
“Tədbirə gələn qonaqlar əvvəlcə 20 yanvar və 9 aprel
faciələrini əks etdirən foto-sərgi ilə tanış olublar. Tədbirdə 20
yanvar və 9 aprel faciələrində, eləcə də Gürcüstanın və
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan
qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib”, - “Azərbaycan Evi”nin rəsmi səhifəsində qeyd
olunub.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin
nümayəndələri Kamil Əfəndiyev və Cavid Məhərrəmov, Türkiyənin
Gürcüstandakı səfirliyinin nümayəndəsi Uğur Tahlan, Bütün Gürcüstan
Müsəlmanları İdarəsinin şeyxi hacı Faiq Nəbiyev və digər bir sıra
dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki,
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə
keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə
Bakı şəhərinə həmlə edərək misli görünməmiş qəddarlıqla cəza
tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində günahsız 134 dinc
sakin öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz
olaraq həbs edilib. Həlak olanlar arasında yetkinlik yaşına
çatmayanlar, qadınlar və qocalar da olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415