Meriya öz vəzifəsini müvafiq şəkildə yerinə yetirmək üçün 81 900 lariyə 45 kompüter alıb

Marneuli meriyası 45 kompüter alıb.

Yerli özünüidarə avadanlıqları birləşdirilmiş tender yolu ilə alıb. Qalib şirkət “UGT” MMC olub.



Bələdiyyə 25 noutbuk və 20 fərdi kompüterə 81 900 lari ödəyib.

Bir noutbukun qiyməti 1800 laridir. Bir ədəd fərdi kompüterin (dəst: sistem bloku, monitor, klaviatura, maus) qiyməti isə 1845 lari təşkil edir.

Maddi-texniki təminat şöbəsinin müdiri
Besik Sexniaşvili avadanlıq almaq tələbi ilə Marneuli meri Kənan Ömərova müraciət edib.

Xatırlatmaq istərdim ki, Marneuli meriyası öz rəsmi funksiyalarını və vəzifələrini müvafiq şəkildə yerinə yetirmək üçün standart fərdi (stolüstü) və standart portativ/noutbuk kompüterləri almalıdır. Bununla əlaqədar birləşdirilmiş tenderin əvvəlki mərhələsində tələb olunan kompüter avadanlığının sayı verilmişdir. Bu günə kimi, birləşdirilmiş tenderlər (CON240000627) və (CON240000629) uğurla başa çatıb. Konkret olaraq, qalib müəyyən edilmişdir. Buradan irəli gələrək, xahiş edirik, 20 ədəd standart (masaüstü) və 25 ədəd standart portativ (noutbuk) kompüter avadanlığının alınmasını təmin etmək üçün müvafiq xidmətə göstəriş verəsiniz"- izahatnamədə yazılıb.

Təchizatçı alıcının yazılı müraciətindən sonra 15 iş günü ərzində, 31 dekabr 2025-ci il tarixindən gec olmayaraq avadanlığı təhvil verməlidir.

"Marneuli" Radiosu

 

 

Print Email
FaceBook Twitter Google