Marneuli meriyasının təsis etdiyi “Təmiz Marneuli” 115 000
lariyə Marneuli ərazisində küçə işıqlandırma şəbəkəsinin istismarı
üçün lazım olan materialları alıb.
Bələdiyyə şirkəti küçə işıqlandırma şəbəkəsinin istismarı üçün
zəruri olan materialların satın alınmasına görə 199 990 lari
dəyərində tender elan etmişdi və bu tenderdə yalnız bir şirkət,
“Tornike” MMC iştirak etmişdi.
“Tornike” MMC “Təmiz Marneuli” şirkətinə
115 000 lari dəyərində
elektron lampalar, elektrik enerjisi paylayıcıları və idarəetmə
avadanlığı, izolyasiya edilmiş naqillər, kabellər, elektrik
avadanlıqlarının tədarükünü təklif edib və tenderin qalibi
olub.
Müqaviləyə əsasən, “Tornike” MMC 30 iyun 2025-ci ilədək “Təmiz
Marneuli”-ni küçə işıqlandırma şəbəkəsi üçün lazım olan
materiallarla təmin etməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415