Marneuli və Bolnisi ictimai məktəblərində müəllimlər üçün 90
vakant yer elan olunub.
Vakant yerlər müəllimlər üçün vakansiya saytında yerləşdirilib.
İndiki mərhələdə Marneuli Bələdiyyəsinin ictimai məktəblərində
3 vakant yer var. Ən çox müəllimi isə Bolnisi ictimai
məktəbləri axtarır.
Marneulidə Tsereteli, Keşəli kəndi və Marneuli şəhər 2 saylı
ictimai məktəbləri müəllim vakansiyası elan edib.
• Marneuli Bələdiyyəsinin Tsereteli kənd ictimai məktəbi - iş saatı
həftədə 21 saat, təxmini əməkhaqqı ayda 478-1900 lari
• Marneuli Bələdiyyəsi Keşəli kənd ictimai məktəbi - İş saatı
həftədə 16 saat, əməkhaqqı ayda 945 lari
• Marneuli şəhər 2 saylı ictimai məktəbi - iş saatı həftədə 17
saat, təxmini əməkhaqqı ayda 1710-1795 lari
Hazırkı məlumatlara görə, ən çox müəllimi Bolnisidəki təhsil
müəssisələri axtarır.
Bolnisidə 20 ictimai məktəbdə ümumilikdə 87 vakant yer var.
Həmçinin, Çapala, Akaurta, Naxiduri, Keda, Kvemo Arkevani, Darbaz,
Bolnisi, Savaneti, Mamuxti, Talaveri, Tsurtavi, Farizi, Cavşaniani,
Muxrana, Xidiskuri, Dzveli Kveşi, Tamarisi kəndi, Bolnisi şəhərinin
1 və 2 saylı, Aşağı Bolnisinin ictimai məktəbləri vakansiya elan
edib.
Vakansiyalar iş saatlarının sayını və təxmini əməkhaqqını göstərir.
Təfərrüatları öyrənmək üçün
buraya daxil olun:
Mövcud vakansiyalardan Bolnisi məktəblərində əksər vakansiyalar
təsviri və tətbiqi incəsənət, təbiət elmləri, sosial elmlər,
riyaziyyat müəllimləri üçündür.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415