Marneuli Uşaq Bağçaları Birliyi uşaq bağçalarında suyun
keyfiyyəti ilə bağlı laboratoriya nəticələri barədə “Marneuli”
radiosunun sorğusuna yalnız məktub vasitəsilə cavab verib.
Lakin tələb olunan laboratoriya rəyini təqdim etməyib.
Birliyin məlumatına görə, suyun mikrobioloji analizi Şaumyan
kəndinin yeni uşaq bağçası, Sadaxlı, Xixani, Kəpənəkçi, Tamarisinin
1, 3, 4 və Marneuli şəhərinin 1, 3, 4 saylı bağçalarında
aparılıb.
Tədqiqatlar üçün Marneuli Uşaq Bağçaları Birliyi “Quality
Laboratory” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb. Nümunələrin
toplanması və daşınması üçün bələdiyyə büdcəsindən 960 lari
xərclənib.
“Marneuli” radiosu aprelin 10-dan etibarən Uşaq Bağçaları Birliyi
ilə əlaqə yaratmağa çalışsa da, zənglər cavabsız qalıb və ya “vaxt
yoxdur” cavabı ilə qarşılaşıb. Nəticədə redaksiya suallarını rəsmi
məktubla ünvanlayıb. Birlikdən cavab olaraq bildirilib ki, su ilə
bağlı analizlər planlı şəkildə həyata keçirilir və nəticələr
normaya uyğundur.
Məktubda deyilir:
“Marneuli Bələdiyyəsinin ərazisində yerləşən Uşaq
Bağçaları Birliyinin (Məktəbəqədər Təhsil Mərkəzi) su nümunələri
laboratoriya tərəfindən yoxlanılıb və nəticələr standartlara cavab
verir. 'Quality Laboratory' MMC-nin su nümunələrinin yerində
toplanaraq laboratoriyaya daşınması üçün müvafiq icazəsi və
imkanları var.
Su çənləri mütəmadi olaraq təmizlənir və dezinfeksiya edilir.
Milli Qida Agentliyinin əməkdaşları tərəfindən sənədli yoxlamalar
da aparılır.
Hər bağçada ildə ən az bir dəfə suyun keyfiyyəti ilə bağlı planlı
tədqiqat aparılır və bu araşdırmalar məcburidir.”
Bununla belə, “Marneuli” radiosu konkret olaraq laboratoriya rəyini
tələb etsə də, Uşaq Bağçaları Birliyi bu sənədi təqdim etməyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415