Meriya 4 064 lariyə Marneulidəki 10 kilsə üçün Pasxa sovqatı alıb

Marneuli-Hucabi Yeparxiyasının tərkibində fəaliyyət göstərən kilsə və monastırlara Pasxa bayramı münasibətilə hədiyyələr təqdim olunub.


Yerli özünüidarə “Marneuli Mall” MMC-dən 4064 lariyə ərzaq məhsulları alıb. Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman və Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Şöbəsinin rəhbəri vəzifəsini icra edən Davit Aroşidze büdcədən vəsait ayrılması xahişi ilə Marneuli meri Kənan Ömərova müraciət edib.

"Bildiyiniz kimi, bu
il aprelin 20-də bütün Pravoslav dünyası Pasxa bayamını qeyd edir. Pasxa sovqatının təqdim etməyi məqsədəuyğun hesab edirəm:
1. Marneuli şəhəri Müqəddəs Qurucu David adına kilsə
2. Tsereteli Kəndi Müqəddəs Məryəm adına kilsə
3. Saimerlo kənd Müqəddəs Nino adına kilsə
4. Tamarisi kəndi Müqəddəs Çar Tamar adına kilsə
5. Tamarisi kənd Müqəddəs Qiorqi adına kilsə
6. Müqəddəs Məryəm adına Tserakvi Monastır Kompleksi
7. Ağkörpü kəndi Müqəddəs Serafime adına kilsə
8. Rustavi-Qırmızı Körpü avtomobil yolunun yaxınlığında yerləşən Müqəddəs Çar Tamar kilsəsi
9. Marneuli (hərbi qəsəbə) Müqəddəs Xaçın ucaldılması (Cvartamağleba) kilsəsi
10. Şualveri kəndi Müqəddəs Matada adına kilsə
Xahiş edirik, alqı-satqı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün müvafiq xidmətə tapşırıq verəsiniz. Sovqatın siyahısını sizə əlavə olaraq göndəririk”
– deyə özünüidarənin bu gün, aprelin 25-də Alqı-satqı veb-səhifəsində dərc etdiyi hesabat vərəqəsində yazılıb.

Tenderdə yüklənmiş fotomateriallara əsasən, kilsə və monastırlara aşağıdakı növ məhsullar verilib:
• un
• Mal əti
• Şərab
• Şəkər
• Qoz
• Şokolad dəsti
• Bal
• Makaron
• Pasxa
• Yumurta
• Lobya
• Qarabaşaq yarması
• Günəbaxan yağı
• Təbii şirə
• Birdəfəlik çay



 

Print Email
FaceBook Twitter Google