Marneuli Bələdiyyəsinin 26 May küçəsində piyadalar üçün cığırı
tenderdə rəqabətsiz qalib gəlmiş namizəd “Gürcüstan Birləşmiş
şirkəti” MMC təşkil edəcək.
Yerli özünüidarə işlərin həyata keçirilməsi üçün 2 308 312 lari
nəzərdə tutmuşdu, lakin tenderdə iştirak edən yeganə şirkət
bələdiyyəyə 1 927 000 lariyə yolun salınmasını təklif edib. Hazırda
şirkətlə müqavilənin imzalanması prosesi gedir.
İctimai reyestrdə mövcud olan məlumatlara görə, “Birləşmiş
Gürcüstan şirkəti” MMC Borjomi bələdiyyəsində qeydiyyatdan keçib.
Şirkətin direktoru Aleksey Lomidze, 100% səhmlərin sahibi isə
Viktoriya Korneevadır.
Marneuli meriyası martın 17-də mərkəzi meydandan “Yenə də
böyüyəcəklər” parkına qədər səki tikintisi üçün tender elan
edib.
"Layihədə nəzərdə tutulan səkilərin ümumi uzunluğu
(mövcud yolun hər iki tərəfində) 4223 m-dir. Layihə hissəsində
mövcud piyada səkisi birmənlı deyil (çınqıl, asfalt-beton, beton).
Mövcud piyada səkiləri uzun müddətdir bərpa olunmayıb, ona görə də
həm yolun hərəkət hissəsində, həm də insanların istifadəsi üçün
nəzərdə tutulmuş bordürlərin dizaynı zədələnib. Fiziki imkanları
məhdud şəxslər üçün panduslar yoxdur" - Layihə
təklifində deyilir.
Marneuli meriyasının elan etdiyi tender layihəsində qeyd olunur ki,
layihənin məqsədi mövcud piyada cığırlarının və piyada səkilərinin
bərpasıdır. Layihəyə yeni bordürlərin, arxların və plitələrin,
pandusların quraşdırılması daxildir. Layihəyə əsasən, səki fiziki
imkanları məhdud şəxslərin istifadəsinə uyğunlaşdırılmalıdır.