Rövşən və Etibar İsgəndərovların növbəti məhkəməsi mayın 15-də keçiriləcək

Mayın 15-də saat 14:30-da Bolnisi Rayon Məhkəməsində seçki saxtakarlığında təqsirləndirilən Rövşən və Etibar İsgəndərovların növbəti məhkəmə prosesi keçiriləcək.

İsgəndərovların işi üzrə sonuncu məhkəmə prosesi mayın 8-də keçirilib.

Rövşən İsgəndərov Marneuli Bələdiyyə Məclisinin sədr müavini olub. İttihama görə, o, Etibar İsgəndərovla 2024-cü il oktyabrın 26-da Sadaxlıdakı 69 saylı seçki məntəqəsində seçkiləri saxtalaşdırmağa cəhd edib. Oktyabrın 26-da yayılan videoda Rövşən İsgəndərovun seçki qutusuna seçki zərflərini atması, Etibar İsgəndərovun isə ona kömək etməsi əks olunub.

Rövşən və Etibar İsgəndərovlar oktyabrın 31-də həbs ediliblər, barələrində həbs-qətimkan tədbiri seçilib.

İsgəndərovlar Cinayət Məcəlləsinin seçki ilə bağlı sənədləri-seçici siyahıları, protokollar, bülletenlər, qeydiyyat jurnalları və nəzarət vərəqlərini qəsdən saxtalaşdırma ilə bağlı 164-cü maddəsi ilə ittiham olunurlar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google