Daştəpə ictimai məktəbində birinci siniflərin Əlifba bayramı keçirildi - VİDEO
13:47 / 14.05.2025
Bu gün, 14 may tarixində Marneuli bələdiyyəsinin Daştəpə kənd
ictimai məktəbində birinci siniflərin Əlifba bayramı keçirildi.
Tədbirdə məktəb müdiri, müəllimlər, şagirdlər və valideynlər
iştirak edirdilər. Bayram tədbiri dövlət himninin səsləndirilməsi
ilə başladı. Birinci sinif şagirdləri müxtəlif şeirlər söylədilər
və rəqslər etdilər.
Daha sonra, məktəb rəhbəri çıxış edərək, şagirdləri birinci sinifi
başa vurmaları münasibətilə təbrik etdi. Sinif rəhbəri Səmra
Allahverdiyeva də öz növbəsində şagirdləri təbrik etdi və onlara
uğurlar arzuladı. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Əlifba bayramı
şənliyi keçirə bilməyiblər.
Birinci siniflər gələcəkdə hansı peşəyə yiyələnmək istədiklərini də
bizimlə bölüşdülər. Onlardan bəziləri gələcəkdə, müəllim, həkim,
polis, buğalter və ya rəssam olmaq istədiklərini dilə
gətirdilər.
Qeyd edək ki, bu il Daştəpə ictimai məktəbindən 11 nəfər şagird
birinci sinifi bitirir.