Marneulili idmançı qızlar “Tbilisi gimnaestrada" beynəlxalq
turnirində uğurla iştirak ediblər.
Marneuli İdman Məktəbinin açıqlamasında bildirilir ki, Tbilisidə
gimnastika üzrə beşinci beynəlxalq turnir keçirilib və bu turnirdə
Marneuli İdman Akrobatika Dərnəyinin nümayəndələri - 36 qızdan
ibarət iki komanda iştirak edib.
"İdman akrobatikası akrobatik elementləri, simmetrik və
asimmetrik fiqurları, sıçrayışları və bədii kompozisiyanı musiqi
ilə birləşdirən idman növüdür. İdman akrobatikası cüt və ya qrup
şəklində həyata keçirilir, xüsusi fiziki güc, çeviklik, dəqiqlik,
komanda işi tələb edir", - Marneuli İdman Məktəbinin
məlumatında deyilir.
Marneulili qızlar festival nömrələrini uğurla ifa edərək münsiflər
heyəti tərəfindən bəyəniliblər. İdman məktəbindən bildirirlər ki,
onların ən mühüm prioritetlərindən biri bələdiyyədə qızlara xas
idman növlərinin inkişafına təkan verməkdir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415