Marneuli meriyasının üç şirkətin iştirak etdiyi tenderində
“Geowife Chemical” MMC qalib gəlib. Bələdiyyə şirkətlə müqavilə
bağlayıb.
Tender sənədlərinə əsasən, Xixani və Keşəlidə 1700 metr məsafədə
polietilen borular çəkiləcək. Şirkət işləri müqavilə bağlandıqdan
etibarən 12 gün ərzində yerinə yetirəcək.