Marneulidə su təchizatı və kanalizasiya sisteminin çəkilməsi
layihəsi 7 ildir ki, davam edir və hələ də yarımçıq qalıb.
Mayın 15-də Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri
Revaz Soxadze Marneuli bələdiyyəsində olub və yüksək səslə etiraf
edib ki, layihə problemlidir, illərdir ləngiyir. Bundan əlavə,
nazir yerli əhalidən açıq şəkildə üzr istəyib:
"Bir daha yaranmış narahatçılığa görə Marneuli
sakinlərindən üzr istəyirəm. Biz bu layihəni ən qısa zamanda başa
çatdırmaq üçün əlimizdən gələni edəcəyik" - nazir
bildirib.
Lakin həmin səfər zamanı yerli özünüidarə nümayəndələri öz
veb-səhifələrində dərc olunan bəyanatlarında açıq şəkildə
vurğuladığı problemlərə toxunmayıblar. Marneuli meri, meriya,
Bələdiyyə Məclisi və deputat Zaur Darğallının sosial şəbəkələrdəki
paylaşımlarında üzr istəmədən, məsuliyyəti üzərinə götürmədən,
yalnız infrastruktur obyektlərinə səfərlər, “birgə səylərlə həyata
keçirilən irimiqyaslı layihələr” qeyd olunub.
Marneuli meriyası daha sonradan infrastruktur səhifəsində
problemləri etiraf edən və üzr istəyən video paylaşıb.
Lakin onların yazısında yerli əhalinin gündəlik narahatçılığına
səbəb olan su və kanalizasiya layihəsinin ləngiməsi ilə bağlı heç
nə qeyd olunmayıb.
Deputat Zaur Darğallının paylaşımında iki cümlə ilə “ləngimə var”
vurğulanır, amma heç yerdə nə müddətlərin uzadılması, nə də
illərdir davam edən işlərin nəticəsi ilə bağlı aydın məlumat
yoxdur.
İnsanda belə bir təəssürat yaranır ki, yerli özünüidarə
nümayəndələrinin gündəlik üzləşdiyi problem mərkəzi hökumət
nümayəndəsi üçün aydındır və o, bunu dilə gətirməkdən çəkinmir,
yerli liderlər isə bunu gizlətməyə çalışırlar.
İnfrastruktur nazirinin sözlərinə görə, su və kanalizasiya işləri
xeyli yubanır ki, onun fikrincə, bu, təchizatçı şirkətin
səhlənkarlığı ilə bağlıdır.
Nazir qeyd edib ki, çatışmazlıqların aradan qaldırılması üçün
təchizatçıya artıq müddət verilib və konkret qrafik hazırlanacaq,
bu barədə əhaliyə əlavə məlumat veriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415