Marneulidə “Yenə də Böyüyəcəklər” parkında Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək

Marneulidə “Yenə də Böyüyəcəklər” abidəsinin ərazisində Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatının təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək.


Yerli özünüidarənin yaydığı məlumatda qeyd olunub ki, Marneuli meriyası tədbirə dəstək göstərir.

Mayın 26-da “Yenə də böyüyəcəklər” abidəsinin ərazisindəki meydanda aşağıdakı tədbirlər keçiriləcək.

  • 12:00 – 18:00 – Gürcüstan Müdafiə Qüvvələrinin hərbi texnikası, silah
    və təchizatlarının sərgisi;
  • 12:00 – 18:00 – Yerli sahibkarların əl işləri və məmulatlarının sərgi-satışı, idman, əyləncə fəaliyyətləri, emalatxanalarda kosmik fəaliyyətlər, batut, üz boyama, gül çələngləri, hədiyyələrin qablaşdırılması, fotoların çap edilməsi;
  • 12:00 – 18:00 – Qida və Asiya şirniyyatları sahəsi;
  • 13:00 – 13:40 – Animasiya personajlarının müşayiəti ilə marş orkestrinin musiqi nömrələri;
  • 13:00 – 14:00 – Animasiyalı rəqs oyunu;
  • 15:00 – 16:30 – Yerli ifaçıların iştirakı ilə konsert;
  • 17:10 – Gürcüstan Dövlət Himninin ifası – "Marqaliti" (Mirvari) ansamblı;
17:30 – Qala konsert:
• "Qordela" ansamblı
• "Leon" dueti
• "Kvevri" qrupu



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google