Marneuli məktəblərində 1-ci sinif şagirdləri qeydiyyatının
üçüncü mərhələsi davam edir.
Şagird qeydiyyatı saytı səhər saat 09:00-da açılıb və indiki
məlumatlara görə, altı Marnuli təhsil müəssisəsində I sinfə şagird
qəbulu limiti bəzi hallarda bitib, bəzilərində isə bir neçə yer
qalıb.
Marneuli 5 saylı ictimai məktəbində 1-ci sinif şagirdləri üçün
nəzərdə tutulmuş 100 yerlik limit tam dolub.
Marneuli 2 saylı ictimai məktəbində daha boş yerlər qalmayıb. Həm
gürcü, həm də rus sektoru doludur. Birinci sinfə qəbul olunanların
sayı 100 nəfərdir.
Marneuli 6 saylı ictimai məktəbinin gürcü sektoruna 122 şagird
qeydiyyatdan keçib, hazırda 3 boş yer var. Eyni təhsil
müəssisəsinin rus bölməsi, 25 yer tam doludur.
Saimerlo ictimai məktəbində 50 yerdən yalnız 5 yer qalıb.
Marneuli bələdiyyəsinin Tsereteli kənd ictimai məktəbində gürcü
bölməsi üçün müəyyən edilmiş limit (50 şagird) tam dolub, 20 yerdən
15-i isə erməni bölməsi üçün nəzərdə tutulub.
Axali Dioqnisi kəndindəki ictimai məktəbində 25 boş yerdən yalnız
1-i qalıb.
Qeydiyyat Təhsilin İdarə Edilməsi İnformasiya Sisteminin
registration.emis.ge
rəsmi internet saytında aparılacaq. Qeydiyyat valideyn/qanuni
qəyyum tərəfindən həyata keçirilir.
Elektron qeydiyyatdan keçən şagirdlərin qeydiyyatı üçün zəruri olan
sənədlərin qəbulu iyunun 18-dən iyunun 27-dək aparılacaq.
Şagird qeyd olunan müddətdə qeydiyyat üçün lazımi sənədləri təqdim
etmədikdə, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415