Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkə üzrə 3 743 seçki
məntəqəsinin 3 742-də (99,97 %) səslərin sayılması prosesini başa
çatdırıb.
Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyası oktyabrın 2-də baş
tutmuş yerli seçkilərdə 46,68 % səs əldə edib.
“Gürcü Arzusu”ndan sonra ilk üçlükdə 30,7 %-lə müxalif Vahid Milli
Hərəkat Partiyası və 7,8 %-lə sabiq baş nazir Giorgi Qaxariyanın
“Gürcüstan naminə” partiyası yer alıb. Dördüncü yerdə isə “Lelo”
partiyasıdır (2,71 %).
Seçkilərə qatılan digər partiyalar isə 2 %-dən az səs qazanıb.
Qeyd edək ki, Gürcüstan üzrə 64 bələdiyyənin 20-də seçkilərin
ikinci mərhələsi təyin olunacaq.
Mənbə: report.az