Daştəpə kəndində yerləşən 52 saylı seçki məntəqəsində bıçaqlanan
Leyboristlər partiyasının təbliğatçısı xəstəxanadan evə buraxılıb.
O, hal -hazırda özünü yaxşı hiss edir.
Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı partiyanın
üzvü Əli Bədirov verdi.
Onun sözlərinə görə, bıçaqlanan şəxs qarın nahiyəsindən
yaralanmışdı.
"O, xəstəxanaya yerləşdirildikdən sonra əməliyyat
olundu. Partiyamızın üzvü ötən günü xəstəxanadan evə buraxıldı.
Hadisə ilə bağlı polisə də izahat verib. Hal-hazırda həyatı üçün
heç bir təhlükə yoxdur. O, indi özünü yaxşı hiss
edir."
Əli Bədirovun sözlərinə görə, bu gün Leyboristlər partiyasının
sədri Şalva Natelaşvili Daştəpə kəndinə gedəcək və bıçalqanan şəxsi
evində ziyarət edəcək.
Qeyd edək ki, 2 oktyabr tarixində Daştəpə kəndində, 52 saylı seçki
məntəqədə Leyboristlər partiyasının təbliğatçısını
bıçaqlanmışdı.
Həmin gün Əli Bədirov "Marneuli" radiosu ilə söhbəti zamanı Daştəpə
kəndində Leyboristlər partiyasının təbliğatçısının "Gürcü Arzusu"
partiyasının tərafdarı tərəfindən bıçaqlndığını bildirmişdi.
Daha sonra Parlamentin Marneuli və Qardabani seçki dairəsindən
majoritar deputatı Zaur Darğallı "Gürcü Arzusu" partiyasının
qərargahında birifinq keçirərək qeyd etmişdir ki, "Leyboristlər"
partiyasının tərəfdaşının bıçaqlanması hadisəsində "Gürcü
Arzusu"-nun tərəfdaşlarının və fəallarının heç bir əlaqəsinin
olmadığını açıqlamışdı. Onun sözlərinə görə, baş verən insident
"Leyboristlər" və "Vahid Milli Hərəkat" partiyasının tərəfdaşları
arasında yaranıb. Lakin müxalif partiyalar insidentin "Gürcü
Arzusu" tərəfdaşları tərəfindən baş verdiyini iddia edir.