Gürcüstanın paytaxtı Tbilisiyə mer seçkiləri ilə bağlı 769
məntəqənin hamısında səslərin sayılması prosesi yekunlaşıb.
Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa
Kaladze 45,04 % səs əldə edib.
Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 33,96
%, “Gürcüstan naminə” partiyasının namizədi, keçmiş baş nazir
Giorgi Qaxariya isə 9,36 % səs toplayıb.
Bununla mer seçkilərinin II mərhələsi qaçılmaz olub. Bu turda
mübarizə K.Kaladze və N.Meliya arasında gedəcək. Səs çoxluğu
qazanacaq namizəd mer seçiləcək.
Mənbə: report.az