Gürcüstanda bələdiyyə seçkilərinin yekun nəticələri açıqlanıb
Gürcüstanda yerli özünüidarəetmə seçkilərində hakim “Gürcü
Arzusu-Demokratik Gürcüstan” partiyası 46,69 faiz səs çoxluğu ilə
qalib gəlib.
Bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrinin 100
faizində səslərin hesablanmasının tamamlanmasından sonra dərc
etdiyi məlumatında göstərilib.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin müxalif “Vahid
Milli Hərəkat” partiyası isə 30,7% səs toplayıb.
MSK-nın məlumatında qeyd olunub ki, 2 oktyabr seçkilərində üçüncü
yeri 7,8 faiz səslə sabiq Baş nazir Qiorqi Qaxariyanın “Gürcüstan
naminə” partiyası tutub.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 2-də baş
tutub.
Bir sıra iri şəhərdə seçkilərin ikinci turu keçiriləcək.