"Aktual mövzu" verilişi – İtlər – təhlükə olaraq və Marneuli meriyasında problemin həlli

Şəhər və kənddə çox sayda dördayaqlı var ki, sakinlərə təhlükə yaradırlar. Meriya bir il yarımlıq cəhddən sonra şirkətlə müqavilə bağlayıb. Şirkət Marneuli bələdiyyəsinin ərazisində baxımsız qalan itlərin sığınacağa aparılmasını təmin etməlidir.Gəlin bu problem haqda olan sujeti dinləyək.

Marneuli, axşam saat 6, Qamsaxurdiya küçəsi. İndi burada on dənə it gəzir. Hərəkət etmək mümkün deyil. Heç birində müəyyən qədər onların təhlükəsizliyini göstərən sarı işarə də yoxdur. Oxşar vəziyyət demək olar ki, şəhərin bütün küçələrində var. Sahibsiz itlər komanda şəklində gəzirlər. Əsasən yaşayış korpuslarının yanına, bazar ərazisinə və restoranların yanına toplaşırlar. Günün hər hansı hissəsində onlar əhali üçün təhlükə yaradırlar.

“10-12 sahibsiz it var. Dəhşətli dərəcədə qaçırlar, hürürlər. Qorxudan uşaqları bayıra çıxara bilmirəm” - Marneuli sakini deyir.



Kəndlərdə əhalinin məlumatsız olması problemi ilə bağlı Gürcüstan Heyvanların Müdafiəsi Federasiyasının sədri Temur Lacğebiani danışır.

“Yalnız şəhərdə təbii ki, vəziyyəti tənzimləyə bilməzsən. Bir bələdiyyədə stirilizasiya işlərinin aparılması da nəticəsiz olur. Olanda hamısında olmalıdır. Çünki itlər başqa yerlərə hərəkət edirlər. Bir bələdiyyədən o biri bələdiyyə gedirlər. Ona gör də yalnız şəhər mərkəzində olan itləri yığmaq heç nəyi dəyişməyəcək. Kənddə olan itlər şəhərə gələcək. Yalnız şəhərdə sterilizasiya aparmaq effektsiz olacaq. Proqram mütləq ümumi bələdiyyəni əhatə etməlidir” - Temur Lacğebiani deyir.



Eşitdiyiniz kimi sahibsiz itlərin sığınacaqla təmin olunması və kəndlərdə əhalinin məlumatlandırılmasının qayğısına yerli özünüidarəetmə qalmalıdır. Marneuli meriyasının beşinci dəfə elan etdiyi tenderdə qalib gələn var.

Bu dəfə tenderdə yalnız iki şirkət iştirak edib. Onlardan birinə diskvalifikasiya verilib. Munisipal təcrübəsi olmayan MMC “Ekstra” bələdiyyədə dekabr ayının sonuna kimi işlərə başlayacaq. Gələcəkdə isə sahibsiz itlər probleminin həlli üçün Kvemo Kartli quberniyası yeddi bələdiyyəni birləşdirməklə regional sığınacaq quracaq. Bizimlə söhbət zamanı bölgə administrasiyasının yerli özünüidarəetmə orqanları ilə əlaqələr üzrə xidmətin rəhbəri Levan Jvaniyanın bildirdiyinə görə, sığınacağın tikilməsi 2019-cu ildə planlaşdırılır.

“Problem həqiqətən də var. Əhalinin müəyyən hissəsini narahat edir. Qərar verildi ki, gələn il bu problem həll olunsun. Heyvanlar üçün regional sığınacaq tikilsin. Bu sığınacaq ümumi olacaq və 7 bələdiyyəyə xidmət göstərəcək. Rustavi kimi Marneuli, Bolnisi, Qardabani, Dmanisi və Tsalkaya da xidmət göstərəcək. Bizim bölgə quberntoru bu məsələ ilə bağlı danışıqların aparılması prosesinə aktiv şəkildə qoşulub. Əlbəttə mərkəzi hakimiyyətin dəstəyi də olacaq ki, bu əhəmiyyətli sığınacaq tikilsin” - Levan Jvaniya deyir.



Dekabrda MMC “Vektra” ilə Marneuli meriyası müqavilə bağlayıb. Dörd tenderın pozulmasını Gürcüstan heyvanların müdafiəsi federasiyasında məbləğin az olması ilə əlaqələndirirlər. Marneuli meriyası 211 itin xidməti üçün büdcədən 16 949 lari ayırıb. Bu bir it üçün 85 larini nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər