"Süni şəkildə virusa yoluxdurulmuş" Marneuli – sakinlərin saxta məlumatlara reaksiyası
15:06 / 22.02.2019
İki aydan
artıqdır ki, Gürcüstanda “donuz qripinə” yoluxma halları artır.
Ölüm halları da qeydə alınıb.Onlar arasında 5 fevral tarixində Marneulinin
“Aversi” klinikasında H1N1 virusundan dünyasını dəyişən 55 yaşlı
kişi də var. 2018-ci ilin dekabrından 2019-cu ilin fevral ayına
qədər “donuz qripi” diaqnozu ilə cəmi 21 nəfər dünyasını
dəyişib.
2019-cu ilin birinci həftəsinin göstəricilərinə əsasən, ölkə
miqyasında 100 000 sakinə qrip virusuna yoluxmaq göstəricisi 256
nəfərdir. Marneulidə isə xəstəliyin lboratoroloji olaraq 8
təsdiqlənmiş halı aşkarlanıb.
Marneuli sakinləri bilirlər ki, ölkədə xəstəliyin qeydə alınması
halı artıb. Bizim sorğu apardığımız şəxslərin çoxusu hesab edir ki,
viruslar sünii şəkildə yayımlanır.
“Bəziləri deyir ki, virus banandadır, bəziləri müxtəlif
versiyalar deyir. Amma mən inanmıram. Mən bilirəm ki, nə mənim
evladlarımda nə də nəvələrimdə xəstəlik yoxdur, virus bilmirəm
haradan yaranır” - Marneulili kişi deyir.
“Düşünürəm ki, bu xəstəliyi bilərəkdən yayırlar ki,
dərmanlar satılsın. Eşitmişəm bir şirkət yayımlayır ki, öz
şirkətinin dərmanlarını satsın. Ola bilsin səhvdir amma mən belə
eşitdim” – Ömər Məmmədov deyir.
“Demək olar ki, hər yerdə ondan danışırlar ki, yer
kürəsində adam çoxdur və sayı azaltmağa çalışırlar. Məktəbdə də,
ailədə də və demək olar hər yerdə bundan danışırlar”
– İlhamə Qurbanova deyir.
“Mənim 60 yaşım var. Bu günə qədər donuz qripi haqqında
heç nə eşitməmişdim. Son zamanlar deyirlər bu virus yayılıb.
Mənbəyi nədir haradır bunu bilmirəm. Qızılca sovet şurası zamanı da
var idi və tədbir görürdülər” - Kürtlər sakini Mehdi
Məmmədov deyir.
“Mən bütün gün çayxanadayam. Eşitdim ki, amerikanlar
burada nəisə hüceyrələr yayırlar və xəstəlik yayımlayırlar ki,
dərmanları satsınlar. Ona görə də məhsul yetişmir, həşəratlar da
imkan vermir. Laboratoriyaya da gah deyirlər Axalkalakidədir gah da
deyirlər Candarda açıblar” – Marneuli sakini olan
kişi deyir.
Təbiidir ki, Marneulidə bəzilərinə virusun sünii yayılması məsələsi
gülməli gəlir, ancaq artıq eşitdiyinizə görə “donuz qripi” və
qızılca kimi virusların sünii yayılmasına inananlar var. Bəzisi
deyir ki, bunun səbəbi qlobal problemdir, dünyada əhalinin hədsiz
artımıdır, bəzisi isə səbəb də qeyd edə bilmir.
Bizim tərəfimizdən sorğulananların bir hissəsi məlumatı çayxanadan,
tədris müəssisəsindən, dostlarından və internetdən alır. Hamı bilir
ki, Gürcüstanda virulr üzərində çalışan laboratoriya var. Bir
hissəsi hesab edir ki, virusları bilərəkdən hazırlayırlar və
yayırlar. Məlumatın əsas mənbələrindən biri isə azərbaycan və türk
mediyasıdır.
“Gürcüstanda qarayara virusu yayan Pentaqon
laboratoriyası” – türk mediya vasitələrindən biri
olan aydinlik.com.tr tərəfindən yayımlanan məqalənin başlığı
belədir. Orada laboratoriyanın qarayara, hepatit və başqa növ
viruslarla əlaqəsindən söhbət gedir.
Məqalədə oxuyuruq ki, zika və ebola epidemiyaları Afrika və
Braziliyada, quş və donuz qripi virusları Çin və Cənub-Şərqi
Asiyada, eləcə də sibir xorası, hepatit və qarayara kimi
xəstəliklər – mübarizə silahı kimi Pentqaon tərəfindən yayılır.
Gürcüstanda, Tbilisidə yerləşən Luqar laboratoriyası isə Pentqaonun
bu virusların yayılması ilə bağlı çalışdığı obyektlərindən
biridir.
“Bu laboratoriyalarda eksperiment aparan çox sayda adam hepatitdən
dünyasını dəyişib. Bunu Gürcüstanın keçmiş dövlət təhlükəsizlik
naziri İqor Qiorqadze özü deyir. Bu laboratoriyada Gürcüstan
miqyasında 100-ə qədər adamın dünyasını dəyişdiyindən söhbət
gedir” - məqalədə yazılıb.
Məqalədə əsas mənbələrdən biri olaraq Bolqariyalı journalist Dilina
Qaytançıyevin “Amerikalı diplomtlar gizli hərbi proqram
çərçivəsində insan qanı və patogenləri ilə ticarətə qoşulublar”
adlı materialı qeyd olunub.
Medianın inkişaf Fondu Gürcüstanda mediyada yayımlanan şübhəli
bolqar jurnaliti Dilina Qaytançıyevanı da araşdırıblar və müəyyən
ediblər ki, journalist Kreml ilə əlaqdardır və çox hallarda rus
propaqandasını yayımlayan əsas mənbələrindən biridir.
Bundan əlavə Luqar laboratoriyası haqqında məlumat “Sputnik
Turkishdə” də yayımlanıb.
“Gürcüstanın keçmiş Dövlət Təhlükəsizliyi naziri İqor
Qiorqadze tələb edir ki, ABŞ-ın prezidenti Donald Tramp Luqar
laboratoriyasının fəaliyyəti ilə bağlı araşdırmaya başlasın.
Qiorqadze Moskvada baş tutan mətbuat konfransında deyib ki,
Gürcüstanda yaşayan dostundan aldığı sənədlərin araşdırılması
göstərib ki, ola bilsin laboratoriyada gürcülər üzərində gizli
eksperimentlər aparırlar. Keçmiş nazir onu da qeyd edir ki, bəzi
eksperimentlər ola bilsin ölümlə də bitə bilərdi” –
Türkiyənin “Sputniki” tərəfindn hazırlanan məqalədə yazılıb.
İqor Qiorqadzenin bəyanatı hər iki məqalədə qarşımıza çıxır, amma
veb-səhifədə məlumat tapılmır ki, Qiorqadze sonra hansısa
sənədlərin olmasını real təsdiq edir.
“Sputnik” Gürcüstanda da aktiv çalışır. Onun əsas məqsədi əhali
arasında yanlış məlumat yaymaqdır. Nəşriyyat Rusiya hakimiyyəti
tərəfindən maliyyələşir.
Luqar laboratpriyası Gürcüstanda 1937-ci ildən mövcuddur, əvvəldən
o “qarayaraya qarşı dayanacaq” adlanırmış,indi isə laboratoriya
yenilənib, yeni təchizatla doldurulub və fəaliyyətini yenidən ilkin
məqsədlə davam etdirir.
“Laboratoriyanın yeganə məqsədi və funksiyası odur ki,
ölkədə hansı keçici xəstəliklərin ola biləcəyini və əhaliyə təhlükə
yarada biləcəyini öyrənək”- Gürcüstanın Xəstəliklərin
Kontrolu və Milli İctimai Səhiyyə Mərkəzinin elmi şurasının sədri
Paata İmnadze deyir.
Siz Gürcüstanın Xəstəliklərin Kontrolu və Milli İctimai Səhiyyə
Mərkəzinin elmi şurasının sədri Paata İmnadzeni dinləyirdiniz. Onun
sözlərinə görə baxmayaraq ki, düşməncəsinə yayılan propaqanda
Gürcüstan əhalisinin yolunu çaşdırır, laboratoriyanın rəhbərliyi
dezinformasiya və Rusiya tərəfindən olan məlumat hücumuna diqqət
yetirmir. Onlar öz işlərini görürlər və çalışırlar ki, əhaliyə
keçici xəstəliklərin mümkün təhlükələri haqqında tez xəbərdarlıq
etsinlər.
Rus propaqandası və müxtəlif veb-səhifələrin vasitəsilə yayılmış
səhv məlumatları “Medianın İnkişaf Fondu – MDF” aktiv şəkildə
araşdırır. Araşdırmaçı Sopo Qelavanın sözlərinə görə Luqar
laboratoriyasına hücum yeni mərkəzin açılması günündən başlayıb.
Məlumat yaymanın əsas mənbələri isə rus siyasətçiləri, duma
deputatları və Rusiyanın keçmiş baş sanitarı Qenadi Onişenkodur.
Məhz onların bəyanatları əsasında rus mediyası yanlış məlumat
yayırdı və yayır. Bu isə gürcü məlumat sahəsinə də keçirdi.
Mediyanın İnkişaf Fondunun araşdırmaçısı Sopo Qelava deyir ki,
dövlətin yanlış məlumatla mübarizə üçün formalaşdırılmış siyasəti
yoxdur və bu dövlət müəssisələrinin kommunikasiya strategiyası ilə
də əlaqədardır. Bir tərəfdən dövlət deyir ki, Avropaya doğru rəsmi
olaraq elan edilmiş dövlət kursu var, digər tərəfdən isə yanlış
məlumat yayan mediya təşkilatları görürük. Onlar homofobiya və
ksenofobiya nəşr siyasəti ilə fərqlənirlər, hakimiyyət onlarla
büdcə müqaviləsi bağlayır.
Virusların yayılma səbəbini əhali Amerikada, laboratoriya və ya
bananda gördüyü vaxt həkimlər virus xəstəliklərinin aradan
qaldırılması məqsədi ilə əhalini prevensiya tədbirləri görməyə
çağırırlar. Bağçaların heyəti və dayələri qızılca vaksini il
peyvəndlənməyə məcburdurlar. Marneulinin İctimai Səhiyyə Mərkəzinin
rəhbəri Eter Laperadze deyir ki, peyvəndləmə qızılca epidemiyası
ilə mübarizə aparılacaq yeganə vasitədir. Bütün kənd həkimləri
virusa qarşı preparatla təchiz edilib və bütün şəxslər gedə və
peyvənd vurdura bilər. “Donuz qripi” ilə mübarizənin silahlarından
biri isə tez-tez əlləri yumaq və otaqların havasını dəyişməkdir.
Artıq xəstəlik halında isə antivirus preparatı “Tamiflu”dan
istifadə olunmalıdır. Laperadze deyir ki, qeyd olunan preparat
problemi Marneulidə yoxdur, ancaq onu özbaşına əldə etmək
olmaz.