Vaxt və dərsliklər - qeyri-gürcüdilli məktəblərdə gürcü dilinin tədrisinə mane olan faktorlar
17:20 / 15.04.2019
Etnik azlıqların gürcü cəzmiyyətinə inteqrasiya olmasına mane olan
səbəblərdən biri olaraq gürcü dilini bilməməklərini qeyd edirlər.
Bu gün verlişimizdə qeyri-gürcü dilli məktəblərdə dövlət dilinin
tədrisi səviyyəsini müzakirə edəcəyik. Baxmayaraq ki, indiyə qədər
təhsil nazirliyi tərəfindən çox sayda proqram və təşəbbüs həyata
keçirilib, Marneulidə dil bilmə səviyyəsi yenə də problem olara
qalır.
Qaydaya əsasən isə proqramlar dil tədrisinə dəstək olmalı idi.
Şagirdlər 12 il ərzində dövlət dilini öyrənirlər ancaq demək olar
ki, dolğun şəkildə danışa bilmirlər. Gəlin mövcud problemdən
danışacaq sujeti dinləyək.
Lia müəllim hazırda 8 saylı qeyri-gürcü dilli məktəbin 3-cü
sinifində gürcü dərsini tədris edir.
Görünür ki, uşaqlar salamlaşacaqları sözü əzbərləyiblər və təkrar
etməyə ehtiyac yoxdur. Müəllimlər deyirlər ki, dövlət dilinin
tədrisi zamanı çox çətinliklərlər qarşılaşırlar. Sinifdə
şagirdlərin yarıdan çox nəticə əldə edə bilmir. Buna isə
qeyri-gürcü dilli mühit və uşaqların çoxsaylı olması mane olur.
“İbtidai siniflərdə uşaqlar 26 sinifə yuxarı siniflərdə
isə 32-36 sinifə bölünür. Effektli olmur, nə qədər çalışsaq da
diqqətdən kənar qalan olur. Həm də qeyri-gürcü dillidi başa düşürəm
ki, hər şeyi nəzərə almaq lazımdır. Tam deyə bilərəm ki, mən
azərbaycan dilini öyrəndim” – Lia müəllim deyir.
Şagirdlər yeni
materialı yuxarı sinif şagirdlərinin istifadə etdiyi dərsliklərlə
və doldurulmuş dəftərlərlə öyrənməli olurlar. Demək olar ki,
əksəriyyət hazır materialdan istifadə edir. Bu vəziyyəti isə
qeyri-gürcü dilli məktəblərə peşəkar dəstək üzrə məsləhətçi-müəllim
Zviad Pipia ağır adlandırır. 12 ildir dərs üçün materialları öz
vəsaiti ilə hazırlayır. Ancaq Zviad kimi motivasiyalı müəllim
Marneulinin 74 məktəbindən çox azında olar.
“ 2010-2011-ci illərdə nəşr olunan dərsliklərlə öyrədirəm. Keçən il
köhnə kitablar qriflənmədən keçmədi və yenisi ilə əvəz olunmadı.
Müvafiq olaraq dərsliksiz oxumağa məcburuq. İkinci tərəf daxili
tərəfdir. Elə mətnlər olur ki, şagirdin gündəlik həyatına aid
deyil. Və heç bir halda həmin mətnləri, frazaları istifadə edə
bilməyəcək. Ona görə də maraq və motivasiya aşağıdır”
– Zviad Pipia öz təcrübəsini bizimlə bölüşür.
Yuxarı siniflərdə də sevindirici hal deyil. 11-12-ci sinif
şagirdləri bizimlə söhbətdən qaçırlar. Səbəb olaraq isə dil
maneəsini qeyd edirlər. Gizliliyi qorumaqla bir neçə şagirdlə
söhbət etməyi bacardıq. Gürcü dilini bilməyin vacib olması ilə hamı
razılaşır. Ancaq deyirlər ki, qeyri-gürcü dilli məktəblərdə gürcü
dilinin tədris səviyyəsi aşağıdır.
“Şox vacibdir, çünki Gürcüstanda yaşayırıq. Əgər
gələcəkdə Tbilisidə çalışsaq əlbəttə öz dilimizdə danışmayacağıq.
Gələcəyimiz üçün öyrənməliyik”.
“Gürcü dilini öyrənmək bütün Gürcüstan vətəndaşları üçün
əhəmiyyətlidir. Burada yaşayırıq, dil də bilməliyik. Dövlət dilini
bilməyən adam üçün çalışmaq çətin olacaq. Azərbaycan dilli
məktəblərdə gürcü dilini yaxşı tədris etmirlər. Bu isə bizim üçün
çox problem yaradır”.
“Mənim üçün önəmli ola ilk növbədə gürcü dilidir. Gürcü dilini çox
sevirəm. Ancaq bəzi uşaqlar danışa bilmirlər. Sinif yoldaşlarımın
yarıdan çoxu dil bilmir” – uşaqlar bizimlə söhbət
zamanı deyirlər.
Qeyri-gürcü dilli məktəblərdə gürcü dilinin tədrisinə həftədə 5
saat ayrılır. Müəllimlər qeyd edirlər ki, bu vaxt dil öyrənmək üçün
tam yetərlidir. Şagirdlərin əksəriyyəti dövlət dilini bilir. Ancaq
danışa bilmirlər. N8 saylı ictimai məktəbin cəmi 40 müəllimi var.
Onlardan 3 nəfəri sertifikatlıdır. Müəllimlərin əksəriyyəti də
gürcü dilini bilmir. Bu səbəbdən müxtəlif inkişaf etdirici
təlimlərdə iştirak edə bilmirlər. Marneulidə 74 məktəbdən 58-i
qeyri-gürcü dillidir.
Marneulidə gürcü dilini yaxşı öyrənməyin ən
yaxşı yollarından biri repetitorun yanına getməkdir. Bu isə orta
qiymətlə ayda 50 laridir. Hər ailənin isə buna imkanı çatmır.
Alternativ pulsuz yol isə Marneulinin regional tədris mərkəzi Zurab
Jvaniya adına məktəbdir. Orada məqsədli qrup olaraq dövlət
məmurları nəzərdə tutulub. Şagirdləri isə 16 yaşdan yuxarı qəbul
edirlər.
Bizimlə söhbəti zamanı Zurab Jvaniya adına adminstrasiya məktəbinin
Marneulinin regional tədris mərkəzinin direktoru Cəmilə
Hüseynovanın dediyinə görə, şagirdlər onların mərkəzinə əsasən
sıfır səviyyədə gedirlər və dövlət məmurları və abituryentlərin
istifadə etdiyi proqramdan istifadə edirlər. “Bilirsiniz, bizim əsas məqsədli qrupumuz şagirdlər
deyil. Əlbəttə şagirdlər də gəlirlər. Bizim əsas məqəsdimiz dövlət
məmurlarının hazırlanmasıdır. Sonra əhalidən, müəllimlərdən tələb
gəldi ki, onlar da qrup istəyirlər və bunun əsasında yeni qruplar
yaratdıq. Şagirdləri 16-yaşdan yuxarı qəbul edirik ona qədər olan
yaşda şagirdimiz yoxdur. Əsasən abituriyentlər və yuxarı yaşdakılar
gəlir. Hazırda 21 qrup var. Onun 16 qrupu bütün
şagirdlərdir”– Cəmilə
Hüseyinova dedi.
Mülki inteqrasiya və millətlər arası əlqələr mərkəzinin icra
hakimiyyətinin sədri Şalva Tabatadze qeyri-gürcü dilli məktəblərin
vəziyyətini faciəli adlandırır. Onunla yazdığımız müsahibəni sizə
təklif edirik.
“Dərsliklərlər bağlı deyə bilərəm ki,
qeyri-gürcü dilli məktəblərdə vəziyyət faciəvidir. Burada bir neçə
problem var. Birincisi gürcü dili ikinci dil kimi dərsliklərinin
məktəblərə əlçatan olmamasıdır”- Şalva Tabatadze dedi.
Qeyri-gürcü dilli məktəbdə dövlət dilinin tədrisi baxımından ciddi
problem qarşısında durduğumuzu Təhsil, Elm, Mədəniyyət və İdman
Nazirliyindən də etiraf edirlər. Təhsil nazirinin müavini İrina
Abuladze qeyri-gürcü dilli məktəbləri təhsil sistemində olan
paralel reallıq adlandırır. Abuladze deyir ki, attestat
imtahanlarından kəsilən 20-25%-in 20%-i qeyri-gürcü dilli
məktəblərə düşür. Başqa tədri splanı və dərslikləri də yoxdur.
Məsələ ilə bağlı söhbət aparmaq üçün biz Təhsil nazirliyinin
məktəbəqədər və ümumtəhsil departamentinin sədri Mariam Çikobavaya
müraciət etdik.
"Qeyri-gürcü dilli məktəblərdə olan
problemlərin aradan qaldırılması üçün nazirlik çalışır.
Dərsliklərdə bəli qeyd edim ki, əvvəl nələrsə yazılırdı, çəkilirdi
ancaq qrifləşdirmə qaydasıa ilə bu qadağan olunub. Yeni dərsliklər
elə tərtib olunub ki, onda yazılası, çəkiləsi heç nə yoxdur.
Kitabın yanında dəftəri də var və hər il yenilənir. Şagird yalnız
dəftərdə çalışır. İndi 2019-2020-ci tədris ilindən kitablar tərcümə
olunur və azərbaycan, erməni və rus dilli məktəblərə daxil
olacaq”- İrina Abuladze
dedi.
O, qeyd etdi ki, qeyri-gürcü dilli məktəblərin keyfiyyətli
tədrisini mərhələli şəkildə təmin edəcəklər. Ümid edirəm ki, bu
mərhələ uzun sürməyəcək. Çünki etniklərin inteqrasiyasında dil
böyük rol oynayır.