Marneulinin 30-dan çox kəndində heç vaxt içməli su olmayıb
15:56 / 24.04.2019
Xudor-Lejbəddində yaşayan Məhəmməd Səfərov amortizasiya olmuş yolda
hər gün su şüşələri ilə yüklü arabanı güclə tərpədir. İçməli suyu
evə aparmaq üçün kilometrlər qət etməli olur. Əgər desək ki,
tezliklə Marsda gürcü üzümünü yetişdirmək üçün hazırlaşırlar və
ABŞ-ın Milli Aeroneft və kosmos administrasiyasının (NASA)
bəyanatına görə, Marsa ilk dəfə ola bilsin qadın ayaq basacaq yəqin
ki, Yer kürəsində yaşayan Səfərovun gülməyi gələr.
“Suyumuz yoxdur, yazıq əhali... hamı gəlir bizə deyir
düzəldəcəyik, ancaq çalırlar, maaş alırlar və bizdə heç nə
dəyişmir. Suyu evə gətirmək üçün (daçka ilə) bir kilometr yol qət
etməli oluruq. Acırıq, susayırıq, çörək bişirmək lazımdır və xörək
hazırlanmalıdır suyumuz isə yoxdur. Deyirlər düzəldəcəyik, nə
bilim” – Xudor-Lejbəddin sakini Səfərov deyir.
Xudor-Lejbəddin Marneulidən təqribən 25 km-də yerləşir. Kənd əsrdən
çoxdur ki, mövcuddur. Ancaq bura üçün su amortizasiya olunmuş
yollar və evlərin qarşısında qanunsuz yaradılmış zibilliklər qədər
problemlidir. Kənddə suyun olmamasını bütün ailələrdə
“umivaniklərin” (əl-üz yuyan) durması da təsdiqləyir.Suyun içmək
üçün nə dərəcədə faydalı olması haqqında məlumatları yoxdur.
Çox hallarda çimmək üçün arx suyundan da istifadə edirlər. Əhali
isə vəziyyətə uyğunlaşıb və kimə müraciət edəcəklərini
bilmirlər.
“İçməli su Algetidə bulaq var və oradan götürürük. Bu
da böyrəklərdə daş yaradır. Analiz etmirlər, xalq isə içir. Çimmək
suyu üçün qonşulara gedirik və kimin həyətində düzəldilmiş su
quyuları var oradan gətiririk. Bəzən çimmək üçün arx suyu
gətiririk. O da gah gəlir gah da yox” - Rövşən
Səfərov deyir.
“Uşaqları arx suyu ilə çimizdiririk, bəzən alergiya bəzən də başqa
xəstəliklər əmələ gəlir. Başqa yolumuz yoxdur məcbur arx suyundan
istifadə edirik” – Saidə Səfərov deyir.
Təmiz suyun əlçatanlığı əhalinin konstitusional hüququdur.
Göründüyü kimi yerlilər bu haqda bilmirlər. İcmada problemləri həll
etmək yerli özünüidarənin öhdəliyidir. Ancaq meriya nümayəndələri
kənd sakinləri ilə ilk dəfə bu il görüşüblər. Onlardan dinləyiblər
ki, nə yolları, nə bayır işıqlandırması var. Kənd yığıncağı
çərçivəsində işıqlandırmanın olacağına dair vəd veriblər.
“Xudor-Lejbəddin kimi bələdiyyədə su sistemi olmayan
kəndlər yenə də qalmaqdadır. Yerli özünüidarəetmə mərhələli olaraq
işləri həyata keçirir. Yerli əhali ilə Xudor Lejbəddində “kənd
yığıncağı” çərçivəsində görüşən zaman üstünlük olaraq bayır
işıqlandırması sisteminin qurulmaını hesab etdilər. Ona görə də bu
il bələdiyyə müvafiq tədbirləri həyata keçirəcək” –
meriyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidze
deyir.
Su təminatını yerinə yetirmək Xudor Lejbəddinin su sisteminin
təhvil verdiyi şirkətin öhdəliyidir. Bu halda heç kimdən cavab
tələb edə bilmərik. Çünki 400-ə yaxın sakinin yaşadığı kənddə su
ilə təminat heç vaxt olmayıb. Heç bir şirkət hansısa işlər də
həyata keçirməyib.
Marneuli meriyaından izah edirlər ki, bələdiyyə üçün
üstünlüklərindən biri içməli su ilə təmin olunmaqdır, ancaq buna
baxmayaraq Xudor-Lejbəddində 2019-cu ildə bu baxımdan yaxşı heç nə
planlaşdırılmır. Heç suyun laboratoloji analizi də edilməyəcək.
Çünki bulaq heç bir şirkətin balansına daxil deyil. Yerlilər üçün
yeganə qurtuluş isə suyu evlərinə işıqlı yolla aparmaqları
olacaq.
Faktdır ki, meriya əhalinin tələblərini yaxşı bilmir. Əhali və
yerli hakimiyyət arasında yeganə vasitəçi merin ərazi
vahidliyindəki nümayəndəsidir. Marneulinin bir çox kəndlərində
demək olar ki, qeyd olunan şəxsin yalnız simvolik yükü var. Xudor
Lejbəddinin müvəkkili Bəxtiyar Hüryanov təsdiq edir ki, əhali ilə
fəal ünsiyyət qurur və içməli su problemi haqqında yerli
özünüidarəetməyə də məlumat verib. Əhali isə kənd yığıncağında
içməli su problemini məbləğin az olmasına görə əsas problem olaraq
qeyd etməyiblər.
Yerli özünüidarəetmə və əhali arasında mövcud olan ünsiyyət
problemi haqqında İdarəçilik Sistemlərinin İnkişaf Mərkəzinin
nümayəndəsi Qoqa Qiğuradze danışdı.
“Merin nümayəndəsi deyək ki, kənddə min nəfər yaşayırsa
hər birinin, yaxud hər ailənin problemi ilə bağlı hər gün hazır
vəziyyətdə olmalıdır və bunu yerli özünüidarəetmənin mer
nümayəndəsinin funksiyası məhz budur. Qanunvericilikdə bizim belə
qeydlərimiz yoxdur. Ancaq avropalılar gəlib bizim qanunvericiliyi
dəyərləndirəndə həmişə bizdəki formalara təəccüblənirlər. Məsələn
mer 1 noyabra qədər mütləq hesabat təqdim etməlidir, bütün suallara
cavab verməlidir və.s. Təəccüblənirlər ki, bu sizdə onsuz da belə
deyilmi. Merin siyasətçi kimi öz maraqlarına daxil olmalıdır ki,
gündəlik seçiciləri ilə görüşsün, problemlərlə maraqlansın. Onlar
təəccüblənir ki, bu elə də merin öhdəliyidir və qanunvericilikdə
bunun qeyd olunmasına nə ehtiyac var. Birbaşa çağırış edir ki, sən
əhali ilə danışmalısan, sonra cavab verməlisən” -
Qoqa Qiğuradze dedi.
İdarəçilik Sistemlərinin İnkişaf Mərkəzinin nümayəndəsi Qoqa
Qiğuradze qeyd etdi ki, mer nümayəndəsi bələdiyyənin simasıdır.
İndiki mərhələdə isə yalnız poçtalyon rolunu yerinə yetirir.
Qafqaz üzrə Ətraf Mühitin Mühafizəsi qeyri-hökumət təşkilatları
şəbəkəsi (CENN) ətraf mühitin mühafizəsi istiqamətində olan yerli
və regional problemlərin həlli üçün fəal çalışır. Onların cəhdi ilə
Marneulidə çox layihələr işlənilib.
CENN-in layihələr üzrə koordinatoru Mariko Dzikoridze suyun vacib
ehtiyac olması və əhalinin məlumatlandırmasının aşağı səviyyəsi
haqqında danışır. Bunu Xudor Lejbəddinin misalı da təsdiq edir.
“Bizim sağlam suyun əlçatanlığı ilə bağlı
konstitusional hüququmuz var. Adi su da deyil, təmiz, sağlam sudan
söhbət gedir. Müvafiq olaraq bu insanın əsas hüququnun
pozulmasıdır. Ancaq ondan dolayı ki, indi bu problem çox kəndlərdə
var və istisna yalnız bu kənd deyil. Güman ki, onların su götürdüyü
müəyyən yer var. Maraqlıdır ki, istifadə etdikləri suyu nə vaxtsa
laboratoloji analiz ediblərmi. Bundan aydınlaşdırardıq ki,
ümumiyyətlə su götürürlərmi, necə su götürürlər təmiz ya
yox” - Mariko Dzikoridze dedi.
CENN-in layihələr üzrə koordinatoru Mariko Dzikoridzeni qeyd etdi
ki, Xudor Lejbəddində əhalinin hüquqları birmənalı şəkildə pozulur.
Marneuli kəndlərinə su verilməsi öhdəliyini üç şirkət – MMC
“Sopdzğali”, “Rustav dzğali” və “Birləşmiş Su Təchizatı” təmin
edir.
Sopdzğali bələdiyyənin balansında olan məhdud məsuliyyətli
cəmiyyətdir. İndiki mərhələdə 36, Rustav dzğali 5, Birləşmiş Su
Təchizatı şirkıti 5 kəndə su ehtiyatı verir. Belə çıxır ki,
Marneulinin 84 kəndindən 35-də Xudor lejbədinnə oxşar
vəziyyətdir.
Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti Marneulidə kanalizasiya
Təmizləmə sisteminin tikinti işlərinə başlayır. Layihəni Asiya
İnkişaf Bankı həyata keçirir. Bank Marneuli və Bolnisini 55 milyon
940 min 22 dollara dəyərində məbləğlə maliyyələşdirəcək.
2021-ci ilin yanvarında isə işləri başa çatdıracaqlar. Ancaq su
təminatından kənar qalan kəndin problemini həin geniş miqyaslı
layihə də həll etməyəcək.