Gürcüstan qanununun administrativ məcəlləsinin “məlumat
azadlığı”nın 28-ci maddəsinə əsasən “qanunla nəzərdə tutulmuş
hallardan və təyin edilmiş dövlət, kommersiya və şəxsi sirr daşıyan
məlumatdan başqa ictimai məlumat açıqdır”.
Həmin məcəllənin 37-ci maddəsində deyilir ki, hamının fiziki
formasına və saxlama vəziyyətinə baxmayaraq məlumatı tələb etmək və
müxtəlif şəkildə mövcuddursa ictimai məlumatın alınması formasını
seçmək, həmçinin, məlumatın orijinal forması
ilə tanış olmaq hüququ
var.
İctimai məlumatı almaq üçün şəxs yazılı ərizə təqdim etməlidir və
ərizədə ictimai məlumatın tələb motivi və ya məqsədini yazmaq vacib
deyil.