Marneulidə dəmiryolu faciəsi və hərəkətsiz hakimiyyət
Marneuli sakini Pərvin Məmmədov zərbənin dəhşətli səsini, qatarın
işığı və çox sayda əhalini xatırlayır. O, həmin gün relslərdə
yenidən doğulub. İşdən evə gedərkən, sereteli kəndində dəmiryol
keçidində qatar onu vurub. Pərvin xilas olub. 16 apreldən bir ay
ötür və təfərrüatları müəyyən etmək üçün baş verənləri fikrində min
dəfə o yan bu yana çevirir.

“Düşünürəm, işıq qatar məni vuranda yandı. Maşını 40
apardı. Başa düşmədin nə baş verdi. Avtomobildə maqnitofnum da
yoxdur, əlimdə telefon da tutmurdum. Xoşbəxtlikdən xilas oldum.
Çiynimdə və ayağımda zədə var idi. Əhali mənə kömək etdi, maşından
çıxardılar. Həmin yerdə şlaqbaumun yerləşdirilməsi mütləqdir.
Tez-tez qəza baş verir. Eşitdiyimə görə həmin yerdə qəzada üç adam
ölüb” – Pərvin Məmmədov deyir.
Real olaraq Marneulidə dəmiryolunda dörd adam dünyasını dəyişib,
onlardan biri 12 yaşlı oğlandır. Bir il üç ay ərzində DİN beş
dəmiryolu qəzası faktı ilə bağlı istintaqa başlayıb. İş cinayət
məcəlləsinin 275-ci maddəsi ilə qaldırılıb. Maddə dəmiryolu, su,
hava və ya kanat nəqliyyatının hərəkəti zamanı təhlükəsizlik və ya
istismar qaydasının pozulmasını nəzərdə tutur.

Sereteli kəndindən əlvə insan həyatı üçün təhlükə yaradan yerlərdən
biri də Marneulidə Mağalaşvili adına körpünün ətraf ərazisidir.
Ətrafda heç bir restoran, ticarət obyekti və ya təhsil müəssisəsi
yoxdur. Dəmiryolu keçidində şlaqbaum durmur. Yeganə olaraq burada
qatar təhlküəsini göstərən körpünün dirəsyinə məftillə bərkidilmiş
lövhədir, lövhəyə yazılıb: “Qatardan ehtiyat edin!”. İşarə qarşı
tərəfdən görsənmir.
Yolun bu hissəsi ilə əsasən şagirdlər hərəkət edir. Dəmiryolu
maqistralından məktəb elə də uzaq deyil. Məhz bu yerdə ötən il
yeddinci sinif şagirdi Vladislav qatarın qurbanı oldu. Dəmiryolu
qəzasından sonra heç nə dəyişməyib. İki xəbərdarlıq lövhəsindən
indi yalnız biri qalıb. Əhali təhlükəsizlik ölçülərinin artırılması
vacibliyindən danışır.
Marneulidə dəmiryolu onlarla kənddən keçir və şlaqbauma cəmi beş
hissədə rast gələ bilərsiniz. DİN-nin məlumatına görə, beş
dəmiryolu hadisəsindən heç bir iş açılmayıb.
Efirə qayıtdıq. Süjetdən də gördüyünz kimi dəmiryolu qəzalarına
görə heç kim məsuliyyətə cəlb olunmayıb. Biz çalışdıq ki, bu halda
hansı müəssisə əhalinin təhlküəsizliyinin qayğısına qalmalıdır bunu
müəyyən edək. Yerli özünüidarəetmədən başladıq, ancaq Marneulinin
mer vəzifəsini yerinə yetirən şəxs təsdiq edir ki, dəmiryolu
təhlküəsizliyi onların səlahiyyətinə daxil deyil. Bu haqda Zaur
Tabatadze bildirdi.
"Dəmiryolunda yol təhlükəsizliyinə Dəmiryolu
Departamenti cavabdehdir. Bu istiqamətdə tam məsuliyyət onların
öhdəliyidir. Bizim münasibətlərimizdə heç bir problem yoxdur. Əgər
onlara bizim tərəfimizdən hər hansı konsultasiya və ya əlavə
tədbirlərin həyata keçirilməsi lazımdırsa biz edə bilərik. Marneuli
meriyasıın dəmiryolunda hər hansı təhlükəsizlik tədbirləri
aparmaqla bağlı nə hüququ nə də öhdəlikləri yoxdur" -
Zaur TaBatadze dedi.
Marneulinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze dəmiryolu
təhlükəsizliyinin qorunması məsələsində meriyanın rolunu görmür və
bizi dəmiryolu departamentinə istiqamətləndirir. Dəmiryolu
xidmətinin mövqeyini öyrənənə kimi, peşəkar dəmiryolçular klubunun
təsisçisi Dato Qoçavanı dinləyək. Ondan öyrənəcəyik ki, Qərbi
Avropa ölkələrinin dəmiryolu təhlükəsizliyi baxımından hansı
təcrübəsi var.
"Keçidlərdə nəinki Gürcüstanda bütün dünyada bədbəxt
hadisələr olur. Bu ən böyük problemdir. Ancaq bəzi tədbirlər
sistemi var ki, keçidlərdə bədbəxt hadisələrin aradan
qaldırılmasına istiqamətlənib. Bədbəxt hadisə baş verən zaman şəxsi
diqqətsizlikdə, qatar gələn tərəfə baxmamaqda, dinləməməkdə
günahlandırmalı deyilik. Baxmalıyıq ki, dəmiryolu şirkəti belə
bədbəxt hadisələri aradan qaldırmaq üçün nə edir. Bu hadisələr
həmişə eyni yerdə baş verir. Adamların çox istifadə etdiyi
keçidlərdə olur. Ona görə də dəmiryolu bunu nəzərə almalıdır. Həmin
keçidləri uyğun şəkildə qurmalıdır. Keçidlərə işarələr qoyulmalıdır
və müxtəlif rənglərdə boyanmalıdır. Əgər varsa və yenə haidsələr
nadir hallarda baş verirsə bu başqa məsələdir. Məktəblərin, ticarət
mərkəzlərinin, yaxud insanalrın çox hərəkət etdiyi yerlərdə
damiryolu keçidi varsa mütləq şirkət keçidi müvafiq şəkildə
hazırlamalıdır" - Dato Qoçava dedi.
Peşəkar dəmiryolçular klubunun təsisçisi Dato Qoçava Zaur
Tabatadzedən fərqli olaraq dəmiryolu təhlküəsizliyi məsələsində
meriyanın rolunu və cavabdehliyini diqqətə yetirdi.
Artıq qeyd etdiyimiz kimi əhalinin təhlükəsizliyini qorumalı olan
daha bir məsuliyyətli orqan dəmiryolu şirkətidir. Gürcüstan
dəmiryolu departamentinə bir neçə sualımız var idi. Onlar telefon
müsahibəsindən imtina etdilər və yazılı şəkildə sonrakı suallara
cavab verdilər: Marneulidə dəmiryolu keçidləri müvafiq xəbərdarlıq
işarələri ilə təmin olunubmu, eləcə də əlavə
işraələrin/şlaqbaumların Marneulidə dəmiryolu keçidlərinə
yerləşdirilməsini planlaşdırırlarmı və dəmiryolu təhlükəsizliyi
haqqında dəmiryoluna yaxın yaşayan əhali üçün məlumatlandırma
kampaniyaları aparırlarmı? Gürcüstan Dəmiryolu Departamentinin
mövqeyini sizə təqdim edirik, onu Marneuli Radiosunun jurnalisti
səsələndirir.
"Maneuli bələdiyyəsi ərazisində mövcud olan bütün
dəmiryolu keçidləri dəmiryolu keçidləri üçün müvafiq olan keçid
işarələri ilə tamamilə təchiz olunub. Dəmryolu keçidlərinin tam
təchiz olunmasından dolayı dəmiryollarının əlavə hansısa işarələr
və şlaqbaumlarla təchiz edilməzi planlaşdırılmır. Şərqi Dəmiryolu
İdarəsi və Yerli Dəmiryolu Mərkəzin rəhbərliyi tərəfindən davamlı
olaraq əhaliyə izahat verilir və yazılı müraciətləri yerli
bəllədiyyə ilə edirik ki, xoşagəlməz nəticələr aradn qalxsın.
Müvafiq yerlərdə işarələr qoyulub – “Qatardan ehtiyat
edin!” - məktubda deyilir.

Marneuli radiosunun efirində biz Gürcüstan Dəmiryolu
Departamenrinin Marneuli bələdiyyəsində olan dəmiryolunun
təhlükəsizliyi ilə bağlı mövqeyini təqdim etdik. Onların sözlərinə
görə, Marneuli meriyası əlavə dəmiryolu işarələri və ya
şlaqbaumlarının qurulmaıs tələbi ilə onlara müraciət etməyib.
Dəmiryolu təhlükəsizliyi ilə bağlı məsuliyyəti kimin üzərinə düşür?
Real olaraq yerli özünüidarəetmənin və dəmiryolu şirkətinin. Ancaq
Marneuli meriyası bu öhdəliyi üzərinə götürmür və səlahiyyətli
orqan olaraq dəmiryolu departamentini qeyd edir. Öz növbəsində bu
müəssisə bələdiyyənin idarəçi orqanından dəmiryolu
təhlükəsizliyinin təmin edilməsi tələbi ilə bağlı heç bir məktub
almayıb. “Rəfə qoyulmuş” beş araşdırılmayan işə gəldikdə isə,
ekspertin fikrincə Gürcüstanda dəmiryolu nəqliyyatının
təhlükəsizliyi baxımından çalıan müstəqil orqan yaradılmayana
qədər, nə dəmiryolu qəzalarında gümahkar olan aşkarlanacaq və də
təhlükəsizlik problemi həll olunacaq. Belə təşkilatın yaradılması
öhdəliyini isə Avropa İttifaqı ilə bağlanmış assosiasiya sazişi
qoyur və onun yeirnə yetirilməsi bir neçə ilə məcburi
olacaq.