Atual Mövzu - Azərbaycandan eşidilən Gürcüstan yenilikləri - Marneulilərin məlumat məkanı
Dünya əhalisinin çox hissəsi məlumat almaq və ötürmək üçün müxtəlif
vasitələrdən, televiziya, radio, sosial şəbəkə və veb-səhifələrdən
istifadə edir.
Çox halalarda əhali asan başa düşdüyü və ona əlçatan olan media
vasitələrinə inanır. Belə mənbələr ilk növbədə ana dilində olan
məlumat vasitələridir. Ancaq bəzi hallarda ana dilində alınan
məlumat səni başqa dövlətə yaxınlaşdıra və öz siyasi
ideologiyasının daşıyıcısına çevirə bilər. Bizdə etnik azlıqların
məskunlaşdığı regionlarda da belə olur. Dövlət dilini bilməmək,
xarici ölkənin məlumat mənbələrindən əldə olunan məlumatın
yoxlanmasına imkan vermir. Buna görə də öz ölkəsində baş verən
hadisələr haqqında yanlış təsəvvür yarada bilər.
Gürcüstan vətəndaşı olan etnik azərbaycanlı Qurbanəliyevlər ailəsi
əsasən azərbaycanın televiziya kanallarını izləyir. Onlarda
marneuli radiosunun jurnalisti Tea Davadze qonaq olub.
Qurbanəliyevlər ailəsi hər axşam saat yeddidə, qonaq otağında,
televizor qarşısına toplaşırlar. Bu adət onlar üçün əyləncəlidir və
eləcə də məlumat almaq imkanı yaradır.
Zamin, Sara və Ağabacı televizorun qarşısında, oturacqda otururlar.
16 yaşlı Ayvaz və 17 yaşlı Sənan isə oradaca masanın yanında
çöməlirlər.
Televizroda Azərbaycan dilli verlişlər qurulub. Doğrudur ailənin
bütün üzvləri Gürcüstan vətəndaşıdır və Azərbaycanda heç vaxt
yaşamayıblar. Amma gənc oğlanlardan başqa gürcü dilində heç biri
danışa bilmir. Məhz dil bilmədiklərinə görə onlar Gürcüstanda gedən
hadisələr haqqında məlumatı Azərbaycan dilli mediyadan alırlar.
“Əsasən Xəzər-in xəbərlərinə, verlişlərinə baxıram.
Çünki azərbaycan dilini bilirəm. Gürcüstanda nə baş verir
Azərbaycan kanallardına eşidirəm. Gürcü kanallarına baxmıram, çünki
gürcü dilini bilmirəm. Əsasən Xəzərə və Space kanalına baxıram.
Gürcü kanalları da göstərir, amma baxsam da heç nə başa
düşmürəm” - ailənin ən yaşlı üzvü, 58 yaşlı Sara
Qurbanəliyeva deyir.
Gürcü dilini Saranın 38 yaşlı övladı, Zamin Qurbanəliyev və 36
yaşlı gəlini Ağabacı Qurbanəliyeva da bilmir. Onlar da əsasən AZTV,
ATV, Space və Lider kanallarına baxırlar.
“Gürcü dilini bilmirəm deyə Gürcüstanla bağlı xəbərləri
də Azərbaycan kanallarından öyrənirəm. Gürcü kanalları da var amma
baxmıram” – Zamin televiziyadan əlavə Gürcüstanda və
Marneulidə baş verən hadisələri sosial şəbəkə vasitəsilə də
öyrənir. Deyir ki, "Marneuli" radisunun səhifəsini də bəyənib və
azərbaycan dilində məlumatı məhz buradan alır.
Zamin kimi xəbərləri övladları Ayvaz və Sənan da sosial şəbəkədən
alırlar. Oğlanlar müsahibədən imtina etdilər, ancaq şəxsi söhbət
zamanı qeyd etdilər ki, doğrudur gürcü dilini öyrənirlər və bir az
bilirlər, amma məlumat almaq üçün üstünlüyü azərbaycan dilli
saytlara verirlər.
Qurbanəliyevlər ailəsi Kirəç Muğanlı kəndində yaşayır. Marneulidən
bu kəndə getmək üçün 45 dəqiqə vaxt lazımdır. Məsafə şəhərdən nə
qədər uzaqlaşırsa o qədər də əhali dövlət dilini az bilir və başqa
ölkənin məlumat mənbəsinə daha çox bağlıdırlar.
Qurbanəliyevlər kimi demək olar ki, Gürcüstandakı azərbaycanlı
icması da Azərbaycan mediasına üstünlük verir. Həmçinin,
Marneulinin majoritar deputatı da. Parlament üzvü Ruslan Hacıyevin
Facebook səhifəsində yenilikləri nəzərdən keçirdikdə tez-tez
azərbaycan televiziyası və internet portalları tərəfindən Gürcüstan
haqqında hazırlanmış məlumatlara rast gələ bilərsiniz. Məsələn,
Marneuli merliyinə namizəd olan Zaur Darğallı haqqında süjetlər.
Qeyd etməliyəm ki, bu kimi sujetlər və ya məqalələri yerli media da
yayımlayır, amma deputatın məlumat səhifəsində onlar görsənmir.
"Marneuli" radiosu ilə söhbət zamanı Marneulili deputat Ruslan
Hacıyevin dediyinə görə, o Azərbaycan mediasının “Gürcü Arzusu”nun
merliyə namziədi haqqında yazmasına sevinib və məhz buna görə
məqalələri paylaşıb.
“Bu mənim üçün sevindirici mövzular idi və şəxsi
səhifəmdə paylaşdım. Bu mənim hüququmdur. Bu Azərbaycan dilində idi
və bizim əhalinin əksəriyyəti də Azərbaycanlıdır və məhz ona görə
paylaşmışam” - Ruslan Hacıyev bildirir.
“ATV”, “OXU.AZ”, “REDAKTOR.AZ” və “DIASPORPRESS.AZ”, bunlar Ruslan
Ahcıyevin şəxsi Facebook səhifəsində paylaşdığı materialları
hazırlayan sayt və televiziyaların kiçik siyahısıdır. Onlarda
əsasən Marneulidə növbədən kənar mer seçkilərindən söhbət gedir,
konkret olaraq isə Gürcüstan vətəndaşlarının niyə Zaur Darğallını
seçməli olduğundan söhbət açılır. Qeyd edilməlidir ki, Marneuli
merliyinə namizəd olan başqa şəxslər haqqında azərbaycan mediasə
məqalələr hazırlamayıb.
Hökumət namizədi haqqında Azərbaycan mediasında daha çox
yazılmasından dolayı və yerlilrəin onu fəal şəkildə paylaşmasına
görə güman edə bilərik ki, hökumət müəssisəsi etnik azərbaycanlı
seçicilərə qədər səsini məhz xarici ölkənin media vasitələri ilə
çatdırmağa cəhd edir.
"Marneuli" radiosu ilə söhbəti zamanı Marneuli meriyasının
İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və Zaur Darğallının
seçkiqabağı kampaniyasının PR şöbəsinin rəhbəri Mariam Xaçidze
deyir ki, onlar bütün media vasitələrinə eyni şəraitdə yanaşırdılar
və Zaur Darğallının seçkiqabağı kampaniyasının Azərbaycan
mediasında işıqlandırılmasınız hesaba almayıblarmış.
Xarici ölkənin media vasitəsinin niyə Marneulinin növbədənkənar mer
seçkiləri və “Gürcü Arzusu”nun merliyə namizədi ilə maraqlandığı
sualına isə cavab verdilər ki, bilmirlər.
Qurbanəliyevlərin bütün ailəsi və Marneulili deputatın Azərbaycan
mediasının istifadəçisi olmasına baxmayaraq Marneulilərin nəyə
baxdığı məlum deyil, çünki burada auditoriyanı heç bir şirkət
hesablamır.
Azərbaycan və rus kanallarını izləmək Marneuliləri qərbə-qarşı və
rus təşviqatının məqsədinə çevirir. Etnik azlıqların sıx
məskunlaşdığı regionlarda Avroatlantikaya inteqrasiya haqqında
vətəndaşların məlumatlandırılmasını araşdırmaq üçün “Mediyanın
İnkişaf Fondu” araşdırma aparıb. Təşkilat Samtsxe-Cavaxeti və Kvemo
Kartli regionlarında yaşayanların əsas məlumat mənbəsini müəyyən
edib və qərbə qarşı əhval-ruhiyyənin yaranmasına dəstək olan media
mesajlarını araşdırıb. “Medianın İnkişaf Fondu”nun araşdırmaçısı
Sopo Qelava bu haqda məlumat verdi.
"Biz ötən il araşdırma aparmışdıq. Maraqlanırdıq ki,
yalnız Marneulidə deyil Acarada, Pankisidə və başqa yerlərdə də
müsəlmanlar məlumatı haradan alırlar. Orada bir neçə azərbaycan
televiziyası var idi. Ancaq daha dəqiq məlumatımızın olması üçün
daha geniş araşdırmaya ehtiyac var. Çünki rus təbliğatının təsirinə
ən çox etnik azlıqların regionları düşür deyəndə yaxşı bilməliyik
ki, onlar məlumatı haradan alırlar. NDİ-ın gösətricilərini götürsək
görərik ki, qeyri-formal göstəricilərin hissəsi çox böyükdür.
Tədqiqat da göstərir ki, qeyri-formal mənbələrdən, dostlar,
qonşulardan məlumat alırlar. Biz tədiqat aparanda ən çox izlənilən
rus kanalı Birinci kanal, yəni ORT və Rosiyya24 kanalı
idi" - Sopo Qelava deyir.
Bizimlə söhbət zamanı o, bildirdi ki, azlıqların məskunlaşdığı
regionlarda gürüc tleviziyalarına qarşı etibar olduqca aşağıdır.
Əhalinin 45%-i heç bir televiziyaya etibar etmir. Bunun səbəbi isə
milli kanallar tərəfindən region problemlərinin istisna edilməsi və
vətəndaşların özlərini media kontingentin bir hissəsi hesab
etməməsi ilə əlaqədardır.
Sopo Qelava İctimai Yayımçının əhəmiyyətini də diqqətə yetirdi. O,
qeyd etdi ki, etnik azlıq nümayəndələrinin başa düşdüyü dildə
məlumatlandırılması onların birbaşa öhdəliyidir. Əhali isə İctimai
Yayımçını izləmir və rus və ya azərbaycan mediasını daha üstün
tuturlar, çünki başqa seçimləri yoxdur.