Təqaüd reforması - anlaşılmazlığa düşən Marneuli sakinləri

33 yaşlı Nail Məmmədov MArneulidə yaşayır və son zamanlar Batumidə çalışır.Orada aylarla qalmalı olur. Maaş almağı həmişə səbirsizliklə gözləyir, ancaq artıq üçüncü dəfədir ki, ona başqa məbləğ köçürülür. Nail Azərbaycan vətəndaşıdır və yenicə bilib ki, məcburi yığım təqaüd sisteminə qoşulub.

“400 lari almalı idim, 8 lari məbləğdən tutulub və buna da əsəbləşmirəm, əsas odur ki, vəd verdiklərini etsinlər. Xarici vətəndaşlardan da pul tutulduğunu bilmirdim. İşdən çıxa bilmirəm ki, öyrənəm məbləğ burada yoxsa bankda tutulur. Bazar günü boş oluram onda da bank çalışmır”
– Nail Məmmədov deyir və qorxur ki, Gürcüstandan getdiyi halda yığdığı məbləği geri qaytara bilməyəcək. Ona heç kim deməyib ki, məbləğin müəyyən hissəsini işlə təmin edən və dövlət də əlavə edir.

Marneulinin dövlət işində çalışan şəxslərdən biri də Nailin vəziyyətindədir. O, adının hallanmasını istəmədi və gizlilik prinsipini qorumaqla müsahibə yazdıq.

"Mən hökumət işində işləyirəm. Yeni çıxan yığım pensiya qanunu haqda heç bir məlumatım yoxdur. Bu nə olan şeydi xəbərim yoxdur. Nəyə görə çıxırlar bu haqda bizə heç bir məlumat verməyiblər. Deyənə görə guya ki, həmin pulu bizə pensiyaya alanda qaytaracaqlar. Neçə ildi işləyirəm belə bir qanun olduğunu eçitməmişəm. Bir də dedilər ki, aylığmızdan pul çıxırlar. Bizə demirlər ki, niyə çıxırlar, nəyə görə çıxırlar. Bizimdə məlumatmız olsun. O çıxılan pulmuzda geri qaytaracaqlarmı, qaytarmayacaqlarmı heç bilmirik"
- vətəndaş bildirdi

Yeni təqaüd sistemi haqqında Marneulilər heç nə bilmir. Bəzisi məlumatsızdır, amma yeniliyi müsbət qarşılayır, yarısı gözləyir ki, məsələni izah edəcəklər, bəziləri isə narahatdır ki, işsizdir və bu system heç ona aid deyil.

Hələ ki, Marneulidə Təqaüd Agentliyi yalnız bir görüş keçirib və orada 30 işlə təmin olunan iştirak edib.
Əhalinin əksəriyyəti 2019-cu ilin 1 yanvarından qüvvəyə minən yığım təqaüd sistemi haqqında heç nə bilmir. Sistemin reforması niyə vacib oldu? Məbləği mütləq alacağımıza dair zəmanət varmı və Avropa ölkələrinin yığım təqaüdü ilə bağlı hansı təcrübəsi var? Bu haqda Təqaüd Agntliyinin direktoru Vaja Capoşvili məlumat verdi.

“İlk növbədə qeyd edək ki, qanunda deyilir pensiya hüququ ölkə vətındaşları və diami olaraq Gürcüstanda yaşayanlara aiddir. Əgər xarici ölkə vətəndaşının daimi yaşayış sənədi varsa, həmin şəxslər bu sistemə qoşulur. Əgər şəxs daim xaricdə yaşayacaqsa, Gürcüstan vətəndaşı deyilsə, bunu təsdiq edəcək sənədi Agentliyə təqdim etməlidir və bunun əsasında yığılan məbləğ geri qaytarıla bilər. Həmin məbləği şəxs çıxara və xaricə yaşamağa gedə bilər” - Vaja Capoşvili bildirdi.

O, qeyd edir ki, cari reforma bizim vətəndaşların layiqli təqaüd yaşı ilə təmin olunması üçün çıxış yoludur.
Capoşvilinin yığım təqaüd sistemi məsələləri ilə bağlı danışmasına baxmyaraq bir neçə şirkətin mühasibi Tereza İovaşvili hesab edir ki, özəl təşkilatlar bu sosial məsuliyyət üçün hazır deyillər.



“Gürcüstanda olan iqtisadi vəziyyətdən dolayı özəl biznesin məbləğ axtarmaqla bağlı müəyyən problemləri yaranır. Buna təqaüd fondu da əlavə olunur. Bu müəyyən qədər biznesin geri getməsinə səbəb olur. Biznes hələ ki, Gürücstan əhalisinin qarşısında bu sosial cavabdehliyi götürmək gücündə deyil. Əgər dövlətdə vəziyyət yaxşılaşarsa düşünmürəm ki,hansısa biznesmen geri çəkilsin və bu məsuliyyətdən qaçsınlar. Gürcüstanda buna yeni bir əlavə edilməsi yaxşı təsir göstərməyəcək. Bundan əlavə bu sahədə məlumatsızlıq, tənzimləmə və təlimatların idarə olunmaması da probelmlər yaradır” - Tereza İovaşvili dedi.

O, dedi ki, Gürcüstanda olan özəl sektor təşkilatları bu məcburi yük üçün hazır deyillər.

“Yeni iqtisadi məktəb – Gürcüstan”ın prezidenti Paata Şeşlidze təqaüdün itirlməsi və mümkün risklər haqqında danışır. Gəlin onu dinləyək.

“Mənim fikrimcə bu model qeyri-konstitusionaldır. Öhdəliklərin qoyulması həqiqətən də qeyri-konstitusionaldır. Eləcə də hesab sahibinə gəlirinin müəyyən hissəsinin yığm pensiyasına görə tutulması öhdəliyi də qeyri-konstitusionaldır. Birinci hökumət üzərinə öhdəlik götürmür ki, iflas olan halda məbləği ödəyəcək. Bu investisiyaları ilk əvvəl özəl şirkətlərdə etməli idilər. Sonra onun monitorinqi həyata keçiriləcəkdi. Ancaq hələ ki, bu üsul yoxdur və investisiyanı şura həyata keçirir. Ümumiyyətlə məbləğin harada olmasına nəzarət yoxdur. Və yaxud daha yaxşı olacağı yerdə niyə deyil. Nəzarət yoxdur və bizim təsəvvürümüz də yoxdur ki, bu necə baş verir. Bugünkü vəziyyətdə məbləğin necə olacağını da deemək çətindir. Burada siyasi maraqlar var. Müvafiq olara qinsanın qoşulması sıfır dərəcədədir. Risk bunu qeyd etmək olar” - Paata Şeşlidze dedi.

Real olaraq, Marneulidə işlə təmin olunanların əksəriyyəti yığım təqaüd sistemi haqqında məlumatsızdır. Yeni reformanın yayımlanmasının qayğısına isə Təqaüd Agentliyi qalmalıdır.Onlar Marneulidə yalnız bir görüş keçiriblər. Ekspertin fikrincə yığım təqaüd sisteminə qoşulmaq böyük risk daşıyır və dövlətin iflas olduğu halda məsuliyyəti öz üzərinə götürmək kimi heç bir berketi yoxdur.

Yekunlaşdırsaq təqaüd reforması işlə təmin olunanlara öhdəlik qoyur ki, hər ay maaşın 2%-ni təqaüd fonduna ödəsin. İşlə təmin edən məbləği əlavə 2% doldurmalıdır və dövlət də 2% artırmalıdır. 40 yaşlı adamların seçimi yoxdur, onlar avtomatik olaraq sxemə qoşulurlar. 40 yaşdan yuxarı olanlar dövlət təşəbbüsündən imtina edə bilər və öz qocalığını özü təmin edə bilər. Artıq dinlədiyiniz kimi dövlət layiqli təqaüd həyatına vəd verir, ekspertlər isə onların hesabına inanmır.

 

Print Email
FaceBook Twitter Google