David Qareci monastırı kompleksinə görə,
Gürcüstan-Azərbaycan əlaqələri gərginləşdi və bu hadisələri ilk
olaraq Gürcüstanda yaşayan azərbaycanlı icmasına mənfi təsir
göstərdi.
Müxtəlif siyasətçilər tərəfindən edilmiş
bəyanatlar Gürcüstan vətəndaşı olan etnik azlıqlara mənfi təsir
göstərdi.
İrakli Okruaşvili tərəfindən “Facebook” da yayımlanmış yazı da bu
qəbildəndir. Müxtəlif dövrlərdə müdafiə naziri, daxili işlər naziri
və iqtisadi inkişaf naziri kimi fəaliyyət göstərmiş Okruaşvili
yazıb ki, 2005-ci ildə Azərbaycan daxili işlər naziri ilə görüşüb
və araq içərək hədələyib ki, əgər məsələ ilə bağlı güzəştə
getməsələr, “Qırmızı körpüdə 500 000 qaçqın qəbul edəcəklər”.
Keçmiş nazirin Facebookdakı paylaşımına qeyri hökumət təşkilatları
birliyi – “Bərabərlik Naminə Koalisiya” münasibət bildirib. Onların
bəyanatında deyilir ki, siyasətçi tərəfindən etnik azlıqlara qarşı
ritorika dominant siyasətin və Gürcüstan vətəndaşları olan etnik
azlıqlara qarşı münasibətin təzahürüdür, bu isə “bu qrupları
kənarlaşdırmağa və sosial təsnifləndirməyə” şərait yaradır.
Daha ətraflı məlumat almaq üçün READ MORE-yə keçid edin ↓

Verlişin səsli dinləmək üçün aşağıdakı linkə keçid edə bilərsiz:
↓