“Aktual Mövzu” – bələdiyyənin sosial siyasəti və onun təsirləri
Bələdiyyənin
sosial siyasəti yalnız sosial proqramlar deyil. O, müxtəlif sosial
qruplara qarşı bələdiyyənin yanaşmasından
ibarətdir.
Qrup
gənclər, etnik azlıq nümayəndələri, sosial müdafiəsiz şəxslər və
müxtəlif zəif qruplar daxildir.
Marneuli bələdiyyəsində son aylar ərzində “Mülki sektor bələdiyyə
siyasətinin işlənilməsi üçün” layihə həyata keçirilir. Layihə
“Marneuli Demokrat Qadınlar Cəmiyyəti” və “Mülki Məşğulluq Mərkəzi
Şəbəkələrinin Marneuli Ofisi” tərəfindən həyata keçirilir.
Layihənin məqsədi sosial siyasətin işlənilməsi üçün, mülki qoşulma
təcrübəsinin bərpasıdır.
Marneuli bələdiyyəsinin sosial proqramları müxtəlif sosial
qrupların sosial vəziyyətinin yaxşılaşdırılması üçün xidmətlərə
deyil, birdəfəlik yardıma istqamətlənib.
Sosial siyasətin bir hissəsi eləcə də gənclər siyasətinin
işlənilməsidir. Siyasət Marneuli bələdiyyəsi tərəfindən işlənilib
və indi yalnız bələdiyyə məclisi tərəfindən təsdiqlənmə gözləyir
ki, qüvvəyə minsin.
Məhz bu mövzularla bağlı biz “Marneuli Demokrat Qadınlar
Cəmiyyətinin” sədri Olqa Endeladze, “Mülki Məşğulluq Mərkəzləri
şəbəkəsinin Marneuli ofisinin” koordinatoru Mariam Samxarade,
Marneuli meriyasının Təhsil, Mədəniyyət, İdman v Gənclər üzrə
şöbənin mütəxəssisi Mariam Tğeşelaşvili və Gürcüstanın görmə
qüsurlular Birliyi Mərkəzinin, görmə qüsurluların Marneuli
rayonundakı kuratoru Surik Çiçian ilə danışdıq.
Verlişin tam versiyasını Facebookda canlı yayım vasitəsilə,
göstərilən linkdən daxil olub dinləyə bilərsiniz.