Marneuli merinin fəaliyyətsiz Məsləhətçi Şurası nə etməlidir
Marneulinin yeni meri var. Zaur Darğallı
Marneulinin növbədənkənar mer seçkilərdə əhalinin səsinin 78,6%-ni
topladı.
Darğallı seçkiqabağı kampaniya dövründə
əhalinin meriyasnın işinə qoşulmasının əhəmiyyətindən danışırdı və
vəd verdi ki, əhalinin qoşulması baxımından Marneulidə bu gün
mövcud olan mexanizmləri inkişaf etdirəcək.
Marneuli meriyasında artıq merin məsləhətçi şurası var, o keçən il
formalaşdırılıb, ancaq məsləhətçi şurası indiyə kimi heç nə
etməyib. Bunun səbəblərindən biri isə ola bilsin Marneulinin 10 ay
ərzində mersiz qalmasıdır. Məsləhətçi Şurasının fəaliyyətsizliyinin
səbəbləri haqqında Marneuli Radiosu ilə Şuranın üzvü Nana
Nadibaidze danışır. Onun sözlərinə görə, Şuranın fəaliyyətinin
dayanması müəyyən qədər onun üzvlərinin də günahıdır, çünki
əksəriyyət iş saatlarında iclasda iştirak edə bilmir.
“Layihə üzərinda çalışmalar gedən zaman yalnız sonda,
artıq qəbul olunanda bizi çağırırdılar. Biz öz fikrimizi elə də
deyirdik amma büdcə üzərində, gəlirlər və xərcləri işləyək belə
hallar olmayıb. Düşünürəm ki, şura üzvlərinin müəyyən materialı da
olmalıdır ki, büdcə ilə bağlı məsələləri yaxşı həll
edək” – Nana Nadibaidze deyir.
Yerli özünüidarəetmə məcəlləsinə əsasən merin məsləhət etdiyi
orqan, məsləhətçi şurası vətəndaşların qərar qəbul etmə prosesində
iştirak etməsinin formalarından biridir və onun yaradılması məcəllə
ilə məcburidir. Amma məcəllədə bu hallar üçün merin şura
yaratmadığı vəziyyətdə sanksiyalar yazılmayıb.
Merin funksiyalarına ən az 10 nəfərdən ibarət olan şuranı toplamaq
da daxildir. Üzvlər isə öz növbələrində mülki sektor, biznes
nümayəndələri və eyni zamanda fəal vətəndaşlar olmalıdır. Bununla
bağlı biz Mülki Mədəniyyət üzrə Beynəlxalq Mərkəzin icra
hakimiyyəti sədrinə, Kote Kandelakiyə müraciət etdik və söhbət
apardıq.

Kote Kandelaki bildirir ki, Məslhətçi Şurasının yaradılması mer
üçün vacibdir ki, o, bələdiyyəni daha yaxşı idarə etsin.
Marneulinin meri Zaur Darğallı Marneuli radiosu ilə söhbəti zamanı
deyir ki, vətəndaşların idarəsi prosesində onun iştirakı
prioritetlidir.
“Biz vətəndaşların qoşulmasına aid olan bütün
mexanizmləri fəallaşdırıb gücləndirəcəyik, eləcə də yeni
mexanizmlər yaradacağıq. Çünki əhalinin qoşulması və idarəsi
prosesində iştirakı mənim üçün prioritetdir” - Zaur
Darğallı deyir.
Hələ ki, Zaur Darğallının nə zaman rəsmi olaraq Marneulinin meri
olacağı məlum deyil. Mer vəzifəsini yerinə ytirmək üçün hələ MSK
seçki nəticələrini rəsmi olara qelan etməlidir, sonra Marneuli
bələdiyyə məclisi nəticələri qəbul etməlidir.
