"Aktual Mövzu" verilişi: Gürcüstan idmançılarının Almaniyada keçirilən çempionatı haqda oldu
16:00 / 31.10.2019
"Aktual Mövzu" verilişinin bu günüki mövzusu
Gürcüstan idmançılarının Almaniyada keçirilən çempionata iştirak
etdikləri haqda oldu.
Qonaqlarmız "Gorarxı" idman klubunun baş məşqçisi və WFMC-Gürcüstan
təşkilatının rəhbəri ve beynəlxalq dərəcəli idman ustası Tofiq
Əkbərov və Avropa çempionu, idman ustası və məşqçi İsfahan Əliyev,
yarışda iştirak edənlər Kənan Bayramov və Emil Xəlilov oldu.
Xatırlada ki, Gürcüstan idmançıları 18-20 oktyabr tarixində
Almaniyanın Nordhorn şəhərində keçirilən “Dünya çempionatı”nda 3
qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
Yarış Dünya Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə baş
tutub və Kikboks, Tayboks, K1 və digər idman növləri üzrə
keçirilib.
Daha ətraflı videonu izləyə bilərsiz.