Peyvənd vurdurmaq üçün necə hazırlaşmalıyıq və peyvənddən sonrakı dövrdə nəyi nəzərə almalıyıq – Aktual mövzu
Kovid-19-a qarşı peyvənd barədə verilişlər silsiləsinə davam edirik. Veriliş Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstan ofisinin, Avropa İttifaqı və Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin dəstəyi ilə hazırlanır. Birinci və ikinci verilişimizdə peyvəndin yan təsirləri və allergiya reaksiyaları, vaksinlərin bir-birindən fərqi barədə danışdıq. Bugünkü verilişimizin mövzusu isə peyvənd vurdurmaq üçün necə hazırlaşmalı və peyvənddən sonrakı dövrdə nəyi nəzərə almalı olduğumuzla bağlıdır.

Marneuli bələdiyyəsində koronavirusa qarşı peyvənd “Geo Hospitlas” çoxşaxəli tibb mərkəzində vurulur. Verilişimizin qonağı , Marneulidəki “Geo Hopsitlas” tibb mərkəzinin direktoru İoseb Mqaloblişvili ilə birlikdə bələdiyyədə peyvənd prosesinin necə aparıldığından və vətəndaşların hansı peyvəndləri vurdura bildiyindən söhbət açırıq.



Print Email
FaceBook Twitter Google