COVID-19-a qarşı peyvənd, miflər və faktlar – Aktual Mövzu
Koronavirus peyvəndi ilə bağlı Gürcüstanda çox sayda mif yayılıb. Peyvənd vurdurmaqla əlaqədar qərar qəbul edən zaman isə əhalinin bir qismi məhz həmin miflərə görə hərəkət edir. “Kovid-19-a qarşı peyvənd barədə hər şey” verilişlər silsiləsinin sonuncu verilişi məhz koronavirusla bağlı yayılmış mif və faktlara həsr edilib.

Verilişin qonağı Sağlamlığa Dəstək İdarəsinin baş mütəxəssisi və kovid-19-a qarşı peyvəndlə bağlı kommunikasiya qrupunun rəhbəri Marina Topuridzedir.

Verilişlər Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstan ofisinin, Avropa İttifaqı, Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin dəstəyi ilə hazırlanır.


"Marneuli" Radiosu
Print