“İcmal” Analitik İnformasiya proqramı - CANLI
Artıq 3 gündür ki, ölkəmizdə yeni tədris ili başlayıb. Kvemo-Kartlinin onlarla kəndində azyaşlılar məktəbəqədər tədris müəssisələri olmadığına görə tədrisə başlaya bilmədilər. Elə məktəblərin vəziyyəti də ürək açan deyil. Marneuli bələdiyyəsinin Çanaxçı kənd ictimai məktəbinin şagirdləri üçün yeni tədris ilində ilk zəng köhnə döşəməli, sökülmüş divar kağızı və köhnə partaları olan vaqonlarda, Ağkörpüdə ambulatoriyada, Kirovkada isə qonşu kəndin məktəbində çalınıb.

"İcmal"ın bu dəfəki buraxılışında tədris müəssisələrimizdəki infrastruktur problemlərindən danışacağıq.


Print Email
FaceBook Twitter Google