Xalq müdafiəçisinin seçilməsi və onların etnik azlıqlara münasibəti -İCMAL CANLI
Artıq bir neçə gündür ki, Parlamentdə deputatlar Xalq Müdafiəçisi postuna namizədləri dinləyir, insan haqları ilə bağlı müxtəlif məsələlərə münasibətlərini öyrənməyə çalışırlar.

Namizədlərdən bəzilərinin milli, etnik və cinsi azlıqlar ilə bağlı münasibətləri isə olduqca maraqlı
oldu. Bu gün "İcmal"da bu postun önəmindən, namizədlərin təməl insan haqları məsələlərinə münasibətlərindən danışacağıq.

Efirmizin qonaqları Gürcüstan parlamentinin üzvü Tariel Nakaidze, mülkü fəal Tozu Gülməmmədli və Sosial Ədalət Mərkəzinin tədqiqatçısı Kamran Mammadli olacaq.

Print Email
FaceBook Twitter Google