Veriliş: Gürcüstanın Kənd Təsərrüfatı məhsullarının və ərzağın istehsalı, ixrac qaydaları və müvafiq tənzimləmələr
Qida təhlükəsizliyi üzrə dövlət nəzarətinin idarə strukturu bir neçə komponenti əhatə edir.

Gəlirlər Xidmətinin Gömrük Departamenti - Gürcüstanın Maliyyə Nazirliyinin sisteminə daxil olan Gəlirlər
Xidmətinin Gömrük Departamenti sərhəddə qida təhlükəsizliyinə nəzarəti həyata keçirir. Gömrük Departamentində isə sanitar, fitosanitar və baytar nəzarət idarəsi fəaliyyət göstərir.

Gürcüstanın iqtisadi sərhəddindən yük keçirən zaman tənzimləmə obyektinə görə məsuliyyət daşıyan şəxs, gətirilən yük haqqında məlumatları yükün keçiriləcəyi sərhəd müfəttişlik məntəqəsinə çatdırmaq məcburiyyətindədir:

a) Quru yolla gətirən zaman – 24 saat əvvəl;
b) Dəniz yolu ilə gətirən zaman – yükləmə əməliyyatlarına başlamazdan 24 saat əvvəl;
c) Hava yolu ilə gətirən zaman – hava gəmisinin Gürcüstan Beynəlxalq Aeroportuna uçuşdan ən az 2 saat əvvəl.

Əvvəlcədən xəbərdarlıq idxal üçün icazədən yaxud fitosanitar sertifikatdan ya da yüklə bərabər başqa sənədingətirilməsi haqqında (sənədin verilmə tarixi, sənədi verən orqanın tam adı) eləcə də malın identifikasiyası üçün lazımolan məlumatdan ibarət olmalıdır.

Əgər tənzimləmə obyekti fitosanitar ölçüləri qane etmirsə:

• Ona Gürcüstan ərazisinə giriş qadağandır, fitosanitar sertifikata yaxud başqa sənədə həmin qaydanın N3 əlavəsi
ilə nəzərdə tutulmuş qeyd vurulacaq:”malın daxil edilməsinə icazə verilmədi – qaytarılıb”;
• Əgər qeyd olunan hərəkət aşkarlanan riski istisna edirsə, ola bilsin işlənməli, çeşidlənməli, qablaşdırılma
dəyişdirilməli yaxud təkrar emal edilməlidir;
• Dayandırma – müvafiq sənədləşdirmə zamanı əgər əlavə sənədlərin təqdim olunmasına ehtiyac varsa bu halda
istifadə oluna bilər (lazımı sənədlərin təqdim olunması üçün şəxsə 3 iş günü vaxt verilir), müşahidə və
araşdırma yaxud sonrakı müfəttişlik, analiz və işlədilmə. Fitosanitar sertifikata bu qaydanın N9 əlavəsi ilə
nəzərdə tutulmuş qeyd vurulacaq:”dayandırılmaya tabedir” və nəzarət obyekti karantin dayanacağında hərəkət
edəcək;
• Məhv etmək – mal sahibinin müəyyənləşdirilməsi yaxud gətirilməsinə icazə verilməyən malın aparılması
mümkün olmayan halda istifadə olunur.

Qida təhlükəsizliyinin təmin olunması istiqamətində müəyyən edilmiş funksiyaları agentlik həyata keçirir: Qida Departamenti və qida/heyvan qidalarının Müfəttişlik Departamenti.

İki növ uyğunsuzluq mövcuddur: qeyri-tənqidi və tənqidi.

Biznes operatorla tənqidi uyğunsuzluq aşkarlanan halda istehsal prosesi uyğunsuzluq düzələnə qədər dayandırılmağa tabedir. Qeyri-uyğunsuzluq aşkarlanan halda isə biznes operatora uyğunsuzluğu düzəltmək üçün vaxt verilir. Qeyd olunan vaxt keçdikdən sonra biznes operator yoxlanılır.

Monitorinq - dövlət nəzarətinin illik proqramı çərçivəsində monitorinq həyata keçirilir və bu zaman nümunə götürmək yolu ilə ərzağın təhlükəsizlik göstəricisinin yoxlanılması həyata keçirilir.

Nümunə götürməkdən əlavə monitorinq mütəxəssisləri biznes operatorun sənədlərini yoxlayırlar, istifadəçilərdən gələn şikayətlərə reaksiya göstərirlər və müddəti keçmiş qidanın məhv olunmasına nəzarət edirlər. Sənədli yoxlama zamanı məhsulun yararlı olma müddətinin müəyyənləşdirilməsi və etiketin yoxlanılması prosesi aparılır.

Ərzağın etiketləşdirilməsi:

Yeni tənzimləmələrə görə bu və ya digər məhsulun etiketinə vurulacaq məcburi gürcü dilli məlumatın siyahısı artır. Bu məlumat dəqiq, aydın və istifadəçinin asan başa düşəcəyi şəkildə olmalıdır.

Ərzağın tərkib siyahısının müvafiq başlığı olmalıdır -“tərkib”. Bu hal yalnız məhsulun bir ərzaqdan ibarət olduğu hallaraaid deyil. Etiketdə yerləşdirilmiş məlumatın vacib elementləri: məhsulun adı, siyahısı ən böyük kütlə daşıyan ərzaqlarla başlamalıdır. Qabığı soyulmuş,doğranmış yaxud oxşar şəkildə hazırlanmış meyvə və tərəvəz üçün ərzaqların siyahısının qeyd olunması məcburi deyil. Əgər başlığında karbon qazı ilə dolu olduğu qeyd olunubsa o zaman bu qayda qazlı içkilərə aid deyil.

Etiketdəki ərzağın qida dəyəri haqqında məlumat istifadəçiyə məhsuldakı yağların, zülalların, karbohidratların, vitaminlərin yaxud mineral maddələrin sayı haqqında məlumat verir. Yaşıl bitgilərin, ədviyyat və ədvaların, qəhvə, çay və sirkə, süfrə duzu və saqqız, qida feqmentləri, əlavə qidaların və aramatizatorlar olan halda qida dəyərinin qeyd olunmaması yolveriləndir. Həmin tənzimləməyə əsasən istifadə zamanı həqiqətdə həmin ərzağa aid olmayan təsirlərin qeyd olunması yolverilməzdir. Yeni texniki reqlament etiketdə şriftin ölçüsü ilə bağlı tələbləri də nəzərdə tutur. Məsələn, allergiya yaxud yüksək həssaslıq yaradan bəzi maddələrin yaxud məhsuldan istifadə halında həmin ərzaq siyahıda şrift, fon, stil yaxud rənglə fərqlənməlidir.


Ərzağın saxlanılma müddəti əvəzinə yeni terminlər yaranır: “yararlılığın minimal müddəti”, “..... qədər istifadə olunacaq” və ərzağın “dondurulma tarixi”. Ərzağın çəkisinin (qablaşdırmadan kənar ərzağın çəkisi) etiketdə qeyd olunma öhdəliyinin müəyyən edilməsi.

Biznes operatorları üçün hansı sanskiya təhlükəsi var?

Qidanın/heyvan qidalarının təhlükəsizliyinin, baytarlıq və bitgiçiliyin müdafiəsi məcəlləsinin 741-ci maddəsinin birinci və ikinci bəndlərinə uyğun olaraq ərzağın etiketləşdirilməsi qaydasının pozulması üçün kiçik biznes statusu olan biznes operator 200 lari, başqa biznes operatorlar isə 400 lari cərimələnəcək. Həmin hərəkət 1 il ərzində yenidən təkrar olunarsa 600 larilik cərimə yazılacaq.

Bundan əlavə həmin qanuna (741-ci maddənin 3-cü və 4-cü bəndləri) uyğun olaraq istifadəçiyə ərzaq haqqında məlumatvermək qaydasının pozulmasına görə kiçik biznes statusu olan biznes operatorlar 200 lari, başqa biznes operatorlar 400 lari, həmin hərəkəti 1 il ərzində təkrar törədənlər isə 600 lari cərimələnəcək.


Layihə Demokratiya Komissiyasının kiçik qrantlar proqramı çərçivəsində, ABŞ səfirliyi tərəfindən maliyyələşdirilib. Nəşriyyatda qeyd olunan fikirlər müəllifə məxsusdur və ABŞ Dövlət Departamentinin fikrini əks etdirməyə bilər.




Print Email
FaceBook Twitter Google