Marneuli gəncləri və onların problemləri – Aktual Mövzu
18:05 / 31.10.2022
Boş vaxt keçirmək üçün məkanlar, tələbələr üçün nəqliyyat, yerli və
beynəlxalq proqramlar haqqında məlumat – bu verilişimizdə
qonaqlarımızla müzakirə edəcəyimix mövzulardır.
Verilişin qonaqları Marneuli bələdiyyəsinin Səhiyyə, Sosial
Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək
Göstərmə Xidmətinin rəhbəri Nino Dekanoidze, Marneuli Mülki
Məşğulluq Mərkəzinin koordinatoru Mariam Samxaradze, Mülki
Məşğulluq və Aktivizm Mərkəzinin nümayəndəsi Naşir
Orduxanovdur.
Tələbələrin nəqliyyat problemi ilə bağlı Marneuli meriyasında da
məlumat var. Marneuli bələdiyyəsinin Səhiyyə, Sosial Təminat,
Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Göstərmə
Xidmətinin rəhbəri Nino Dekanoidze “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, pandemiya başlayana qədər, 2020-ci ildə yerli
özünüidarə tələbələrin nəqliyyat məsələsinin həlli üçün Gürcüstan
dəmiryolu və Bolnisi bələdiyyəsi ilə danışıqlar aparıb.
Dekanoidzenin sözlərinə görə, bu istiqamətdə işlər universitetlər
onlayn rejimə keçid alandan sonra dayandırıldı. İndiki mərhələdə
Marneuli bələdiyyəsi yeni gənclər proqramı yaradır və proqram
2023-cü ildən qüvvəyə minəcək.