Ədəbiyyat və İnterpretasiya ədəbiyyatşünas Oqtay Kazımovun müəllif verlişi - Odisseya birinci hissə
Ədəbiyyat və interpretasiya verlişinin 6-cı buraxılışı Homerin ikinci əsəri - Odisseyaya həsr olunur. 6-cı verilişdə bu əsərlə bağlı söhbətin birinci hissəsi təqdim olunur .

Ümumiyyətlə Odisseyanın Homerə aid olub-olmaması məsələsi bir çox əsrdir ki həm şərhçilər, həm də tədqiqatçılar arasında qızğın mübahisələrə səbəb olmuşdur. Son dövrlərdə unitarlar yəni hər iki poemanın bir müəllifə isnad olmasının tərəfdarları daha çoxalmışlar. Onların başlıca arqumenti Odisseyanın əslində İliadanın bir tamamlayıcısı olmasıdır.

Troya müharibəsinin məhşur qəhrəmanlarından biri olan Odisseyin vətəninə qayıtması cəhdləri əslində bir fondur və bu fonda Troya savaşlarında qalib gəldikdən sonra yunan döyüşçülərinin geri dönmələri, onların aqibətləri barədə əhvalatlar söylənilir.

Odisseya Zevsin başqa allahlarla Olimp dağındakı iclası ilə başlayır. Zevs Odisseyin vətəni İtakaya geri dönə bilməməsindən çox narahatdır. Odisseyin geri dönə bilməsinə maneçilik törədən isə Poseydonun özüdür, çünki Odissey onun oğlu təpəgöz Polifemi kor etmişdir.



Zevsin verdiyi qərara görə ilahə Kalipsonun yanında, Oqiqiya adasında qalan Odissey artıq vətəninə doğru yola düşməlidir. O, Afinanı Kalipsonun yanına göndərir. Kalipsonun yanından isə Afina İtakaya - Odisseyin oğlu Telemaxın yanına gedir. İnsan şəklinə girərək özünü Odisseyin köhnə dostu kimi qələmə verərək adının Mentor olduğunu söyləyir.

Odisseyin yoxluğunda İtakalı əsilzadələr onun arvadı Penelopa ilə evlənərək şah olmaq niyyətindədirlər. Penelopa isə minbir hiylə ilə özünü qorumağa çalışır. Bunu duyan gənclər Odisseyin hər gün malından yeyib-içərək Penelopanı onların arasından kimisə seçməyə vadar etmək arzusundadırlar. Bütün bunlar Telemaxı son dərəcə darahat etsə də onları qovmağa gücü çatmır.

Mentorun simasına girmiş Afinanın məsləhəti ilə atasından xəbər tutmaq üçün o hələ Nestorun yanına Pilosa, sonra isə Menelayla Yelenanın yanına - Spartaya yollanır. Bu hissədə söhbət Telemaxın Nestorla danışması və Spartaya Menelayın yanına yollanmaqla tamamlanır.
Print Email
FaceBook Twitter Google