"Ədəbiyyat və İnterpretasiya" Oqtay Kazımovun müəllif verlişi - Argonavtika birinci hissə
Rodoslu Apoloniosun “Arqonavtika” əsəri bir çox cəhətdən diqqətamizdir. Bu əhvalat kiçik olsa da öz-özlüyündə bir silsilə təşkil edir. “Arqo” gəminin adıdır, “Arqonavtika” isə Arqo haqqında əhvalat deməkdir .

“Arqonavtikada” söylənilən hadisələr İliadadan da əvvəl baş vermişdir. İliada da adı çəkilən qəhrəmanların bəzilərinin atası bu səyahətdə bilavasitə iştirak etmişlər. Misal üçün Axillesin atası Peleyin adını çəkmək olar. Ümumiyyətlə Peley Yasonla birlikdə səyahətə çıxdıqda Axilles dayəsinin qucağındadır. Homerin “Odiseya” poemasında Kral Eetin adı çəkilir və Odisseyi öz yanında saxlayan Kirke məhz həmin Eetin bacısıdır.

Bundan əlavə “Arqonavtika” Kolxida krallığı barədə geniş məlumat verir. Kolxida kralığı indiki Gürcüstanın qərbində yerləşirdi və paytaxtı da Kutaia idi. Hesab olunur ki, bu məhz indiki Kutaisi şəhərinin qədim adıdır.
Bəs bu səyahətə nə səbəb olmuşdur?

Kral Pelias Hera qarşısında bir günah edərək İlahənin qəzəbinə düçar olur. Ona deyilir ki, tək səndəlli bir şəxs onu taxt-tacından məhrum edəcəkdir. Belə bir adam Peliasın yaxın qohumu Eson oğlu Yason olur. O Peliasın torpaqlarına dənizdən gəlir və gəmidən düşəndə səndəlinin biri sahil qumuna batır və Yason kralın qarşısına tək səndəllə gedəsi olur. Pelias Yasonun düşmanı olduğunu anlayır və Onu məhv etmək üçün çətin və təhlükəli bir tapşırığı yerinə yetirməyə göndərir –Yason Kolxidaya getməli və Kral Eetdən Qızıl qoç dərisini gətirməlidir. Yason bunun üçün igidləri səsləyərək bir dəstə təşkil edir. İgidlər arasında Herakl da var.



Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəllifə təşəkkür edir


Print Email
FaceBook Twitter Google