Verilişlər
"Ədəbiyyat və İnterpretasiya" Oqtay Kazımovun müəllif verlişi - Arqonavtika ikinci hissə
“Arqonavtikanın” birinci hissəsi igidlərin falçı Fineylə görüşü ilə tamamlanmışdı. Finey onlara bir-birilə toqquşan iki qaya arasından keçməli olduqlarını demişdi. İgidlər qayalardan keçməyə müvəffəq olurlar. Biz birinci hissədən bilirik ki Yasonun məqsədi Qızıl qoç dərisini əldə etməkdir .

Qızıl qoç dərisinin tarixçəsi belədir – Eol oğlu Friks Yunanıstanı tərk edərək Kolxidaya Kral Eetə pənah aparır. Friks ora Qoç üzərində gedir. Eet Friksi öz qızı Kalkiopa ilə evləndirir. Hermesin məsləhəti ilə Friks qoçu qurban kəsir.

Qoçun dərisi qızıla çevrilir. Friksin Kalkiopadan dörd oğlu olur. Oğlanlar böyüdükdə ata yurdlarına qayıtmaq istəyirlər və dəniz fırtınası ucbatından bir ada yaxınlığında gəmiləri məhv olur və özləri də güc-bəla ilə həmin adaya çıxırlar. Yason həmin adada onları tapır və Friksin oğulları onunla birlikdə Kolxidaya geri qayıtmağa razı olurlar.

İgidləri Hera ilə Afina himayə edirlər. Hər ikisi işin çox qəliz olduğunu yaxşı anlayırlar, çünki Eet həm bir hökmdar kimi, həm də bir insan kimi çox güclüdür –heç kim onunla bacarmır. Buna görə də ilahələr qərar verirlər ki, Yasona qadın vasitəsi ilə kömək etsinlər. Eetin qızı Medeyaya Yasonun sevgisini aşılamaq üçün onlar Afroditanın yanına gedib oğlu Erosu Medeyanın yanına göndərməsini xahiş edir. Afrodita Erosu dilə tutaraq buna razı salır.

İgidlər gəmilərini qamışlıqda gizlədərək Eetin sarayına gəlib çıxırlar.




Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəllifə təşəkkür edir

FaceBook Twitter Google