Yevripid üç böyük qədim yunan faciə
müəlliflərindən biridir. O, e.ə 484-406 illərdə yaşamışdır.
Yevripidin özünəməxsusluğu qəhrəmanlarını olduqları kimi təqdim
etməkdir. Onun qəhrəmanlarının trajiklikləri öz xasiyyətlərindən
irəli gəlir
.
Medeya Kolxidadan Yasonla birlikdə qaçdıqda öz qardaşı Apsirti
aldadaraq Yasona öldürtdürür. Əlbəttə bütün bunları sevdiyi Yasona
görə edir, ancaq gözlənilmədən Medeya Yasonun xəyanətini dadır.
Medeya bununla barışmaq istəmir. İntiqam almaq üçün Medeya Yasonun
evlənəcəyi qıza guya hədiyyə olaraq zəhərli tac və libas göndərir.
Həmin qız dəhşətli bir əzabla ölür.
Medeya bununla kifayətlənməyib Yasondan olan öz uşaqlarını da qətlə
yetirir.
Medeyanın bu faciəsi və dəhşətli intiqam alması bir çox sənətkarın
diqqətini çəkərək ilham qaynağı olmuşdur.
"Ədəbiyyat və interpretasiya" Oqtay Kazımovun
müəllif verlişi- Medeya
Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov
“Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da
ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə
aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər
cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun
efirində.