"Ədəbiyyat və interpretasiya" Oqtay Kazımovun müəllif verlişi-Eneyda birinci hissə
Ədəbiyyat və interpretasiya verlişinin bu buraxılışı Virgilinin Eneyda poemasına həsr olunur. Müəllifin adı latınca Publius Vergilius Marodur və O, qədim Romanın bir nömrəli ədibi hesab olunur. O, özünün Eneyda əsəri ilə məhşurdur .

Əsər Homerin İliadasının bir növ davamıdır və ən maraqlısı bütün bu hadisələri Troyalıların gözü ilə müşahidə etməkdir. Biz İliada barədə danışdıqda, həmin poemadan oxuduğumuz parçalarda əsasən Eney görünürdü. Eney Troyada Hektorla birlikdə yunanlara qarşı savaşır. Biz onu Axilləslə döyüşə girdikdə də görürük.

Bu qarşıdurmada Axillesin əlindən Eney Poseydon tərəfindən yalnız ilahə Afroditanın oğlu olduğu üçün xilas ola bilmişdi. Eneydada İlion şəhərinin süqutundan bəhs olunur. Həmin hadisələrdən Eneyin başçılığı ilə bir qrup Troyalı can qurtaraq yeni yaşayış məskəni tapmaq üçün uzun səyahətə çıxırlar. Poema 12 nəğmədən ibarətdir. Burdan 6-sı Odisseyaya, 6-sı isə İliadaya bənzəyir –yəni Eney ilk 6 nəğmə boyu Odissey kimi özünün səyahət macəralarından danışır, digər 6 nəğmədə isə artıq İtaliya torpağında, Pireney yarımadasında savaşası olur.

Ümumiyyətlə Romalılar özlərini Troyalıların törəmələri və varisləri hesab edirdilər. Vergil Eneyda əsərində məhz bu məqamı ön plana gətirir.




Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəllifə təşəkkür edir.

Print