Ədəbiyyat və interpretasiya-Oqtay Kazımovun müəllif verlişi "İliada" son hissə
Bu verilişdə yunanlar və troyanlar arasında dəhşətli qırğından yaxından tanış oluruq. Bunun üçün savaşlar parça və hissə şəklində birbaşa poemadan oxunur.
Ədəbiyyat və interpretasiya verilişinin 5-ci buraxılışında İliadanın son hissəsi və orda baş verən hadisələr haqqında nəql olunur
.

Patroklun ölümündən sonra Axilles bu dəfə troyanlara qəzəblənərək Aqamemnonla barışıb dostunun intiqamını almaq üçün savaşa girişir. Axilles and içir ki Hektoru öldürməyincə Patroklu dəfn edən deyildir.

Axillesin müharibəyə qoşulması savaşı həm qızışdırır, həm də troyanları dəhşətə salır. Hektoru axtardıqda o bri xeyli troyalını həlak edir. Ksanf çayında o qədər troyalı qırır ki axırda çay hirslənib onun arxasınca düşür. Axilles özünü hirslənmiş çaydan güc-bəla ilə qurtara bilir. Savaşda Axilleslə Eneyin qarşılaşması da təsvir olunur və Axillesin əlindən Eneyi Poseydon xilas edəsi olur.

Axilleslə Hektorun savaşı poemanın ən təsirli hissəsidir. Axilles Hektoru öldürərək onu düşərgəsinə sürüyür.
Hektorun cəsədini almaq üçün atası Priam gecəykən Axillesin yanına gedib oğlunun qatilinin əllərini öpərək mərhəmət diləyir. Axilles Hektorun cəsədini qaytarır və 9 günlük sülh elan edir ki Hektor laiqincə dəfn olunsun.

Poema Hektorun dəfni ilə tamamlanır.



Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəllifə təşəkkür edir


Print Email
FaceBook Twitter Google