Gənc Marneuli - Qonağımız Eltun Mehdioğlu və Tural Şaştalıdır
Verlişimizin bu həftəki, mövzusu gənc şair Elton Mehdioğlunun müəllifi olduğu "Ömür" kitabının çapından və şairin gələcəy planlarından ibarətdir. Verlişimizin qonağı gənc şair Elton Mehdioğlu və bədii qirayətçi Tural Şaştalı oldu.



Qonaqlarımızla Elton Mehdioğlunun təzə çapdan çıxmış "Ömür" adlı kitabı haqqında, həmçinin bir sıra tanınmış şairlərin həyat və yaradıcılığından söhbət açdıq. Elton Mehdioğlu "Ömür" kitabının necə ərsəyə gəldiyindən, kitabın adının mənasından və içindəki şerlərin əsas hansı mövzudan ibarət olduğu haqqda danışdı.

Şerlərə olan marağından və ilk sevgisindən, gələcəylə bağlı olan planlarından və yeni kitabı haqqında olan arzularından danışdı. Eləcə də hər iki qonağımız tanınmış şairlərin şerləri ilə verlişimizə maraq qatdılar. "Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir. Hər çərşənbə axşamı saat 12:00-da.

Print Email
FaceBook Twitter Google