Gənc Marneuli - Qonaqlarımız Orxan Bayramov, Nicat İsmayılov, Haqverdi Şahverdiyev, Rüstəm Səfərov və Nərmin Hacıyevadır
Verlişimizin bu həftəki, mövzusu attestat imtahanlarını uğurla bitirmiş abituriyentlərin təsüratları və gələcəylə bağlı planlarından ibarətdir.
Verlişimizin qonaqları Orxan Bayramov, Nicat İsmayılov, Haqverdi Şahverdiyev, Rüstəm Səfərov və Nərmin Hacıyeva oldu.


Orxan Bayramov və Nicat İsmayılov Qardabani rayonunun Candar ictimai məktəbinin bu ilki məzunlarıdır. Orxan daha çox kingboxingə maraq göstərir və bir müddət kingboxinqlə məşğul olub. Onun ən böyük arzusu gələcəydə gənclər üçün böyük idman zalı açmaqdır. Nicat isə siyasətə maraq gösdərir və bir sıra siyasətçilərin həyatlarını araşdırıb məlumat toplayır.Tarixi kitablar və məqalələr oxuyaraq araşdırmalar aparır. O, eyni zamanda aldığı məlumatları dostları ilə bölüşüb onları da məlumatlandırır. İndi onun ən böyük arzusu siyasətçi olmaqdır.

Haqverdi Şahverdiyev Qaçağan ictimai məktəbinin məzunudur. Boş zamanlarında dostları ilə futbol oynayır. O, futbolu həyatının bir hissəsi kimi görür, oxumaqdan əlavə futbolçu olmaq isdəyir.

Nərmin Hacıyeva Kirəç Muğanlı ictimai məktəbinin məzunudur. Nərmin boş zamanlarında rəsm çəkməyi sevir və daha çox sevgiyə aid şəkillər çəkir. O, eyni zamanda internetden marağlı məlumatlar araşdırır. Onun ən böyük arzusu memar olmaqdır.

Rüstəm Səfərov Ağaməmmədli ictimai məktəbinin məzunudur. Rüstəm dostları ilə təhsil haqqında danışmağı sevir, boş zamanlarında dostları ilə biliklərini bölüşür və əlavə məlumat toplayır. Onun əsas arzusu cərrah olmaqdır.

Abituriyentlərimiz gənclərə oxumağın gözəl bir hiss olduğunu və məqsədyönlü olmağı arzu etdilər. İndi onlar hazırlaşırlar ki, Vahid Milli İmtahanlardan uğurla keçib ali tədris ocaqlarına qəbul olsunlar! Daha ətraflı məlumat üçün verlişi dinləyin.

"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir. Hər çərşənbə axşamı saat 12:00-da. Verlişin təkrarını hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.

Print Email
FaceBook Twitter Google