Gənc Marneuli - Qonağımız gələcəkdə dizayner olmaq isdəyən İntiqam Fərzəliyevdir
Verlişimizin bu həftəki, mövzusu moda, dəbli geyim və trendlər haqqında oldu.
Verlişimizin qonağı modayla yaxından maraqlanan gəncimiz İntiqam Fərzəliyev oldu.

Qonağımızla bu il dəbdə olacaq geyimlərdən, rənglərdən danışdıq. Gənc qonağımız bizə yay fəslində hansı rəngdə, necə geyimlərdən, aksesuar və saç düzümlərindən istifadə etmək olar bu haqqda məsləhətlər verdi.

İntiqam Fərzəliyev eyni zamanda ən sevdiyi modeliyerdən də danışdı. O, moda dünyasında "Coco Chanel" in yaratdığı dizaynları yaxından izləməklə ondan bəhrələnib. İntiqam öz yaratdığı dizaynları sevdiyi modeliyerin dizaynlarından örnəklər götürərək daha fərqli şəkildə sərgilədiyini dedi.

İntiqamın ən böyük arzusu dünyaca məşhur dizayner olmaq və Marneulidə öz butikini yaratmaqdır. Qonağımız dəblə və gələcək planları ilə bağlı daha geniş şəkildə danışdı.
Daha ətraflı məlumat üçün verlişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir. Hər çərşənbə axşamı saat 12:00-da. Verlişin təkrarını hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.
Print Email
FaceBook Twitter Google