Gənc Marneuli - Qonağımız səyahətsevər gəncimiz Emin Yadigarovdur
Verlişimizin bu həftəki, mövzusu səyahət haqqında oldu.
Verlişimizin qonağı gənc səyahətsevər Emin Yadigarov oldu.

Qonağımızla səyahət etdiyi ölkələrdən və səyahətin insan həyatında nə qədər önəmli olmasından danışdıq.

Emin səyahətin onun həyatında yaratdığı fərqliliklərdən danışdı. Səyahət sadəcə dünya görüşümüzü artırmır eyni zamanda insana özünü dərk etdirir. Bu yolda sən özünlə birlikdə insanları da tanımış olursan.

Emin bu günə qədər 30 ölkəni gəzib və onun ən böyük istəyi ömrünün sonuna qədər səyahət edib bütün dünyanı gəzməkdir.
Qonağımız səyahət üçün maddiyata ehtiyyac yoxdur deyə gənclərimizə səyahətə önəm vermələrini tövsiyyə etdi.

Daha ətraflı məlumat üçün verlişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir. Hər çərşənbə axşamı saat 12:00-da. Verlişin təkrarını hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.
Print Email
FaceBook Twitter Google