Verlişimizin qonağı gənc həkim Şahin Həsənovla yay fəslində sağlam
qidalanma və yaranan yolxucu xəstəliklərlə mübarizə barəsində
söhbət etdik.
Həkim qeyd etdi ki, yayda havaların isti keçməsi səbəbi ilə
orqanizmimizin suya olan tələbatı artır. Yaranan susuzluğu isə adi
su və şəkərsiz yaşıl çaylardan istifadə etməklə bərpa edə bilərik.
İsti havalarda enerjiyə ehtiyac 5% enir və bu səbəbdən orqanizmə
daha az kalorili qidalar lazım olur. Bu ehtiyacımızı mövsüm
meyvələri, tərəvəz və süd məhsulları qəbul etməklə qarşılaya
bilərik. Həmçinin həkim onu da qeyd etdi ki, yay aylarında yemək
saatlarımıza xüsusi diqqət göstərməli, rejimlə yeməliyik.
Yolxucu xəstəliklərə gəldikdə isə həkim yaranan xəstəliklərə səbəb
olaraq çimərlik sularını misal göstərdi. Çimərlik sularının
gigiyenik baxımdan təmiz olmaması nəticəsində qulaq, burun və göz
vasitəsi ilə müəyyən xəstəliklər yayılır və bu olduqca
təhlükəlidir. Həkim yalnız təmizliyinə əmin olduğumuz
çimərliklərdən istifadə etməyimizi məsləhət gördü.
Şahin Həsənov sonda Sağlam həyat, sağlam qidadan gəlir deyə
sağlamlığımızın qeydinə qalmağımızı arzu etdi.
Daha ətraflı məlumat üçün verlişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc
Marneuli” verilişini dinləməyə dəvət edir.
Hər çərşənbə axşamı saat 12:00-da. Verlişin
təkrarını hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.